525.Az

"Seçki komissiyasının üzvlərinin günahı varsa, onlar cəzalandırılacaqlar"


 

"Seçki komissiyasının üzvlərinin günahı varsa, onlar cəzalandırılacaqlar"<b style="color:red"></b> Mərkəzi Seçki Komissiyasının  (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 15 saylı Yasamal Birinci Dairə Seçki Komissiyasının 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində seçki pozuntusu ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
 
APA-nın məlumatına görə, bələdiyyə seçkilərinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında  M. Pənahov deyib ki, bu cür xoşagəlməz hallardan heç kim sığortalanmayıb, bunu qeyri-adi məlumat kimi ictimaiyyətə təqdim etmək düzgün deyil.
 
M. Pənahov deyib ki, kimliyindən asılı olmayaraq kiməsə xoşagəlməz hal üçün şərait yaradılırsa, bu, yolverilməzdir: “MSK və dairə seçki komissiyasının vəzifəsi odur ki, belə xoşagəlməz halı araşdırsın və seçkinin nəticələrinə necə təsir etməsindən asılı olaraq qərar qəbul etsin. Hesab edirəm ki, biz məntəqə seçki komissiyalarının üzvlərini kifayət qədər təlimatlandırmışıq ki, özlərini aqressiv aparmasınlar. Ona görə də seçki qutusuna kağız atılması xoşagəlməz haldır. Ancaq kim bu işi görübsə, o insan sağlam əqidənin daşıyıcısı deyil. Amma hadisəni dramatikləşdirməyə də ehtiyac yoxdur. Çünki suallar verib, seçki məntəqəsinin üzvlərinin diqqətini yayındırmaq və belə hallara yol vermək olar. Ancaq orada məntəqə seçki komissiyasının üzvlərinin günahı varsa, onlar cəzalandırılacaqlar”.
 





24.12.2014    çap et  çap et