525.Az

Emre Aydının Bakıdakı konserti ilə bağlı kriminal məqamlar


 

Emre Aydının Bakıdakı konserti ilə bağlı kriminal məqamlar<b style="color:red"></b>

Türk müğənnisi Emre Aydının konserti bitsə də, konsertin pərdə arxası məqamları hələ də gündəmdədir.

ANS PRESS-in məlumatına görə, türk sənətçisinin Leyla Ramazanlı ilə birgə konserti sırf sənətçilərin çıxışları baxımından uğurla alınsa da, "A plus prodakşın"ın rəhbəri Əli Hüseynovun təşkil etdiyi konsertin təşkilatçılığının aşağı səviyyədə olmasından yazdılar. Hətta təşkilatçının pulları götürüb aradan çıxdığı da deyilsə də, adı çəkilən təşkilatçıdan cavab gəlmədi. Hələ də baş verən hadislərlə bağlı açıqlama gətirən olmayıb.

Qaranlıq məqamlara aydınlıq gətirmək üçün təşkilatçı Əli Hüseynovla əlaqə saxlamaq istəsək də, buna nail ola bilmədik. Biz də konsert zamanı aparıcıların təşəkkür etdiyi təşkilatçı - produsser Samir Xattaba üz tutduq.

Təşkilatçı - prodüsser Samir Xattab ANS PRESS-ə müsahibəsində məsələnin tərkibində kriminal məqamların olduğunu açıqladı: "Əsində Emre Aydın konsertini Əli Hüseynovla mən təşkil etməliydik, bütün danışıqları, razılaşmaları birlikdə etmişdik. Lakin sonradan Əli Hüseynovla mənim arada fikir ayrılığı yarandığı üçün mən bu layihədən kənara çəkildim və digər hazırladığım Eldar Dalqatov konsertinin təşkilatçılığı ilə məşğul oldum. Konsertə 2 həftə qalmış gecə vaxtı qaranlq yerdə təşkilatçı Əli Hüseynov təzyiqə məruz qalır, başının arxasından küt alətlə zərbə alaraq yaralanır, üzərində olan 7950 manat və Blackberry 9790! telefonu oğurlanır. 1 həftə komada qalan, hazırda vəziyyəti qənaətbəxş olmayan təşkilatçı konsert günü mənimlə əlaqə saxlayıb, konserti son məqamda investorlar idarə etməyə çalışdılar."

Bundan əlavə, konsertin aparıcısı da anons edildiyi kimi Murad Əzimzadə deyil, Arzu Əsgərova və Ramin İbrahimov olub. Samir Xəttab bu məsələyə də aydınlıq gətirdi: "Əvvəldən də aparıcı qismində Ramin İbrahimovla razılaşmışdıq. Mən olmadığım dönəmdə Əli Hüseynov Murad Əzimzadə ilə razılığa gəldi. Murad mənim də dostumdur, xətrini çox istəyirəm, amma onunla danışıqlarda mən olmamışam. Mənimlə telefon əlaqəsində aparıcı Murad Əzimzadənin imtina etdiyini bildirdilər. Aparıcı kimi yaxın dostlarım Ramin İbrahimov və Arzu Əsgərova ilə əlaqə saxladım ki, konserti onlar aparsınlar, çünki mən dostlarımın bu bacarığına əminəm. Çox sağ olsunlar dostlarım da baxmayaraq ki, konsertə sayılı saatlar qalmışdı mənim bu təklifimi qəbul edib, sozügedən konsertin bütün məsuliyyətini öz üzərlərinə götürdülər. Konsert istədiyimiz səviyyədə sona çatdı.

Bu gün bəzi mətbu orqanlarında oxuyuram ki, guya Əli Hüseynov konserti yarımçıq qoyub gedib, nə bilim nə isə mənimsəyib, bunlar boş söhbətlərdir. Həmin insanlara da demək istəyirəm ki, obyektiv və dəqiq olun, məsələni kökündən araşdırıb, sonra danışın. Əli Hüseynov bu gün də yataqda yatır, çox pis xəstədir, belə şayiələr yaymaqdansa gedib baş çəkin və həqiqəti öz gözünüzlə görün".

 





23.11.2012    çap et  çap et