525.Az

Dövlət Komitəsi rayonlardakı şadlıq evlərini yoxlayacaq


 

Dövlət Komitəsi rayonlardakı şadlıq evlərini yoxlayacaq<b style="color:red"></b> Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanın regionlarındakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlayacaq.
 

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Komitəsinin sədri Ramiz Həsənovbildirib.
 
Komitə sədrinin sözlərinə görə, hazırda qurumun əməkdaşları tərəfindən Bakıdakı şadlıq saraylarında məhsulun keyfiyyətinin yoxlanılması ilə bağlı monitorinqlər aparılır.
 
“Biz bunun üçün müasir standartlara uyğun səyyar maşın almışıq. Bu isə bizə nəinki Bakıdakı, hətta regionlardakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlamağa imkan verir. Bu proses mütəmadi olaraq davam etdiriləcək”, - deyə R. Həsənov qeyd edib.
 





24.12.2014    çap et  çap et