525.Az

Gənc rəssamların "Yeni simalar"ı Xətai Sənət Mərkəzində


 

Gənc rəssamların "Yeni simalar"ı Xətai Sənət Mərkəzində<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində gənc rəssamların əsərlərindən ibarət "Yeni simalar" adlı sərgi açılacaq. Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına, Mədəniyyət və Turizm Nazirliyinin "Gənc rəssamlarla iş Konsepsiyası"na əsasən təşkil olunur.

Nazirliyin mətbuat xidmətindən "525"ə verilən məlumata görə,  "Yeni simalar" adlı sərgi gənc rəssamların üzə çıxarılması, onların yeni yaradılmış sənət əsərlərinin nümayişi, gənc simaların ictimaiyyətə təqdim edilməsi məqsədilə keçirilir.

Dekabrın 26-dək davam edəcək sərgidə gənc rəssamların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək.

S.ABDULLAYEVA

 





24.12.2014    çap et  çap et