525.Az

Arif Hacılı özünə 6 yeni müşavir təyin edib


 

Arif Hacılı özünə 6 yeni müşavir təyin edib<b style="color:red"></b> Müsavat Partiyasının başqanı Arif Hacılı özünə yeni müşavirlər təyin edib.
 
Partiyadan APA-ya verilən məlumata görə, A. Hacılının imzaladığı sərəncama əsasənMüsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvü Hidayət Xudaverdi oğlu İsmayılov, Şəmkir rayon təşkilatının üzvü Fariz Mustafa oğlu Cəfərov, Oğuz rayon təşkilatının üzvü Vaqif Qədir oğlu Davudov, Xaçmaz rayon təşkilatının üzvü Ramazan Hacırza oğlu Əliyev, Kürdəmir rayon təşkilatının üzvü Baha Qasım oğlu Mikayılov və Siyəzən rayon təşkilatının üzvü Mərdan Mehdi oğlu Mehdiyev başqanın müşaviri təyin olunublar.
 
Xatırladaq ki, A. Hacılı başqan seçildikdən dərhal sonra özünə 4 müşavir təyin etmişdi. Son təyinatlarla müşavirlərin sayı 10-a çatıb.
 





24.12.2014    çap et  çap et