525.Az

İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir


 

İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir<b style="color:red"></b>

Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

525.az-ın məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın dövlət başçısını doğum günü münasibəti ilə təbrik edib:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Əminəm ki, Ukrayna-Azərbaycan münasibətlərinə daim xas olan ənənəvi qarşılıqlı anlaşma və etimad şəraiti bundan sonra da ölkələrimiz arasında konstruktiv əməkdaşlığın etibarlı əsası olacaq”.

Bundan başqa, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Aleksey Sergeyev, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski, Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov da dövlət başçısını doğum günü münasibət ilə təbrik ediblər.
 
Qeyd edək ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

 





24.12.2014    çap et  çap et