525.Az

Nazarbayev Ermənistana "hə" dedi


 

Nazarbayev Ermənistana "hə" dedi<b style="color:red"></b> Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
 
APA-nın xəbərinə görə, bu barədə məlumat Qazaxıstan prezidenti administrasiyasının rəsmi saytında yer alıb.
 
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında saziş 2014-cü ilin mayın 29-da Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanıb. Saziş 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
 





24.12.2014    çap et  çap et