525.Az

Ronaldo Messi və Noyeri geridə qoydu


 

Ronaldo Messi və Noyeri geridə qoydu<b style="color:red"></b>

İngiltərənin "The Guardian" qəzeti 2014-cü ilin ən yaxşı futbolçularını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Britaniyanın ən üfuzlu nəşri planetin 100 ən yaxşı oyunçusu sırasının ilk pilləsində Portuqaliya millisi və “Real”ın hücumçusu Kriştianu Ronaldonun adını göstərib.
 
İdman mütəxəssislərinin səslərinə əsasən, ikinci yerdə Lionel Messi (Argentina, "Barselona") qərarlaşıb. "The Guardian" "Qızıl top" mükafatının digər namizədi Manuel Noyeri isə (Almaniya, "Bavariya") üçüncü edib.
 
Qeyd edək ki, Aryen Robben (Hollandiya, "Bavariya") dördüncü, Tomas Müller (Almaniya, "Bavariya") beşinci, Luis Suares (Uruqvay, "Barselona") altıncı və Neymar (Braziliya, "Barselona") yeddinci olub.

 





25.12.2014    çap et  çap et