525.Az

Silahlı Qüvvələrdə toplantı və təltiflər


 

Silahlı Qüvvələrdə toplantı və təltiflər<b style="color:red"></b>

Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin yanacaq xidməti rəisləri ilə cəbhə bölgəsində 2014-cü ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

525.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin zabiti polkovnik Hüseyn Vəliyev toplantıda çıxış edərək Silahlı Qüvvələrin yanacaq-sürtgü materialları, müasir texnika və digər avadanlıqlarla təchiz olunması istiqamətində görülən işləri şərh edib, yeni səhra yanacaqdoldurma məntəqələrinin, müasir tələblərə cavab verən yanacaq anbarlarının tikilib istifadəyə verilməsinin planlaşdırıldığını və bu fəaliyyətlərin davam etdiyini xüsusi vurğulayıb.

Sonra texniki vasitələrin istismarı, saxlanılması, yeni kart sisteminə keçid və digər yeniliklər barədə ətraflı məlumat verilib.

“Media forum” saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dekabrın 24-də nazir, general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib. Rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

 

 





25.12.2014    çap et  çap et