525.Az

Bakıda quldur qardaşlar tutuldu


 

Bakıda quldur qardaşlar tutuldu<b style="color:red"></b>

Bakıda quldurluq etmiş qardaşlar tutulub. 

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Elməddin Quliyevin “Daewoo” markalı avtomaşınında hücum edilib. Maşına sərnişin qismində oturan 2 naməlum şəxs küt alətlə ona baş nahiyəsindən xəsarət yetirib, 80 manat pulunu alıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, şəhər sakinləri, Tural Bacanov və onun qardaşı Tərlan tutulublar.

Turaldan 1,7 qram, Tərlandan isə 1,6 qram heroin götürülüb. Araşdırmalar zamanı noyabrın 16-da Tofiqə Qasımova qarşı quldurluğun Tərlan və Tural Bacanov qardaşları tərəfindən törədilməsi də müəyyən edilib.

Qeyd edək ki, hər iki qardaş əvvəllər də məhkumluq həyatı yaşayıblar.

 





23.11.2012    çap et  çap et