525.Az

"Facebook"a meydan oxuyan qadın öldü


 

"Facebook"a meydan oxuyan qadın öldü<b style="color:red"></b> Dünyanın ən yaşlı insanlarından olan Anna Stoehr (114 yaş) ötən gün vəfat edib.
 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Anna Facebook-a meydan oxumasıyla tanınırdı. Yaşlı qadının sosial şəbəkədə özünə hesab açma hekayəsi də ilgincdir. Belə ki, Facebook-da özünə hesab açmaq istəyən Anna Stoehr doğum ili qrafasında 1900 rəqəmini tapa bilməyib. Seçilə biləcək tarixlər arasındakı ən erkəni 1905-ci il olduğu üçün Anna yaşını "99" olaraq qeyd etdirmək zorunda qalıb. Bunun ardınca da Facebookdan hesabat istəyib və aşağıdakı statusu yazıb: “Mən hələ ölmədim, niyə yaşımı doğru yazmağıma izacə vermirsiz?”
 
Facebook isə Annaya 114 çiçəkdən ibarət özəl bir buket göndərərək üzr istəyib və yaşını düzgün yazmasına izn verəcək bir sistem yaradıb. Amma bu, Annanın son doğum günü idi. Minnesotalı qadın dünyanın ən yaşlı 12-ci insanı idi və bir gün öncə dünyasını dəyişdi. Oğlu bildirib ki, "onunla bağlı əsas ilginc olan şey yaşı deyil, bu yaşda hələ də Facebooka, ağıllı telefonlara maraq göstərməsi idi”.
 





25.12.2014    çap et  çap et