525.Az

Penitensiar xidmətdən daha bir açıqlama


 

Penitensiar xidmətdən daha bir açıqlama<b style="color:red"></b>

“14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib.
 
Y. İsakov bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib: “Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək”.
 
Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elşad Babayev dekabrın 22-də müəssisədə dünyasını dəyişib.
 

 





25.12.2014    çap et  çap et