525.Az

Türkiyəli jurnalistlər Quba Soyqırımı Məzarlığında olublar


 

Türkiyəli jurnalistlər Quba Soyqırımı Məzarlığında olublar<b style="color:red"></b> Bir qrup türkiyəli jurnalist Azərbaycanda səfərdədir.

Lent.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfərdə olan GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz tv "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek Q. Paşayevanın müşayiəti ilə Quba rayonuna səfər ediblər. KİV rəhbərləri öncə Quba rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayev ilə görüşüblər.

Qonaqlar ilk öncə Quba Soyqırımı Məzarlığında olublar. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Q. Paşayeva qonaqlara Quba Soyqırımı məzarlığı haqqında məlumat verərək, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar, soyqırımlar və onun acı nəticələri barədə danışıb, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər bölgələrdə törədilən bu soyqırımlar zamanı on minlərlə həmvətənimizin qəddarcasına öldürüldüyünü, xalqımızın qiymətli maddi mədəniyyət abidələrinin məhv edildiyini bildirib.

Türkiyə KİV nümayəndələrindən ibarət nümayəndə heyəti dinc insanlara qarşı törədilmiş soyqırıma görə böyük üzüntü duyduqlarını bildiriblər və bu həqiqətlərin həm Türkiyədə, həm də Avropada daha geniş yayılmasında əllərindən gələn dəstəyi göstərəcəklərini deyiblər.
 





25.12.2014    çap et  çap et