525.Az

Bakıda moda sərgisi olacaq


 

Bakıda moda sərgisi olacaq<b style="color:red"></b> Türkiyəli iş qadını Hatice Aydeniz Bakıda moda sevənlərlə görüş keçirəcək.

Lent.az-ın məlumatına görə, bu münasibətlə sabah "Four Seasons" otelində moda sərgisi keçiriləcək.

Sərgidə "Hadijce" markasından hazırlanmış qadın və kişi geyimləri nümayiş olunacaq. Dəfilədə Azərbaycan şou-biznesin tanınmış simalarına bu brend firmanın kolleksiyaları göstəriləcək.
 
Haticə Aydeniz sərgidən öncə bildirib ki, o, Bakıda bu cür tədbirin reallaşacağı üçün çox həyəcanlıdır. İş adamı bildirib ki, bu layihəyə Dilek Hanif, Gamze Saraçoğlu, Özgür Masur, Özlem Süer, Raisa & Vanessa, Serli keçioğlu, Tuvana Büyükçınar, Yıldırım Mayruk, Zeynep Erdoğan ve Zeynep Tosun kimi tanınmış moda mütəxəssisləri dəstək olub.
 





25.12.2014    çap et  çap et