525.Az

Nikolya Sarkozinin ifadəsi alınıb


 

Nikolya Sarkozinin ifadəsi alınıb<b style="color:red"></b>

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi ölkənin hüquq-mühafizə orqanları tərəfindən 2007-ci prezident seçkiləri ərəfəsində keçirdiyi kampaniya ilə əlaqədar sorğu-suala cəlb olunub.

Sarkozi Fransanın ən varlı qadını, L’Oreal şirkətinin sahibi Lilian Bettankurdan qanunsuz olaraq minlərlə avro almaqda şübhəli bilinir. Nikolya Sarkozinin sorğu-sualı 12 saat davam edib.

Qeyd edək ki, Nikolya Sarkozi bu il prezident seçkiləri zamanı Fransua Ollanda məğlub olsa da, bir çox mütəxəssis onun 2017-ci ildə keçiriləcək namizədliyini irəli sürəcəyini fikirləşir. Lakin, bu istintaq prosesinin nəticəsindən asılı olacaq.

ANS Press

 





23.11.2012    çap et  çap et