525.Az

Toni Brekstonun Bakı konsertinin biletləri satışa çıxarılıb


 

Toni Brekstonun Bakı konsertinin biletləri satışa çıxarılıb<b style="color:red"></b>

Məşhur müğənni Toni Brekston (Toni Braxton) Bakıda Heydər Əliyev Sarayında konsert verəcək.

Heydər Əliyev Sarayından APA-ya verilən məlumata görə, 6 dəfə “Grammy” mükafatı laureatı, dünya şöhrətli müğənni Bakıda iki gün - dekabrın 17-si və 18-də səhnəyə çıxacaq. Konsertin biletləri artıq satışa çıxarılıb, biletlərin qiyməti 40-1000 manat arasındadır.

Qeyd edək ki, konsert Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində keçiriləcək.

 





23.11.2012    çap et  çap et