525.Az

UEFA-nın yeni reytinqində klublarımız neçənci yerdədir?


 

UEFA-nın yeni reytinqində klublarımız neçənci yerdədir?<b style="color:red"></b>

UEFA noyabrın 22-də başa çatan Avropa Liqasının da oyunlarından sonra qitə miqyaslı yarışlarda çıxış edən klubların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, bu dəfəki reytinqdə Azərbaycan klublarının, o cümlədən dünən “Partizan”la oyunda xal qazanan “Neftçi”nin ötən ayla müqayisədə mövqeyində dəyişiklik olmayıb.

Son beş ilin nəticələrinə əsasən hazırlanan reytinqdə Azərbaycandan beş komandanın adı var. 450 komandanın yer aldığı reytinqdə Azərbaycandan ən yaxşı göstərici hələlik “Qarabağ”a məxsusdur – 227. “Bakı”, 269, “Neftçi” 285, “İnter” 296, “Xəzər Lənkəran” 326, AZAL 376, “Simurq” isə 377-ci yeri tutur.

 





23.11.2012    çap et  çap et