525.Az

Bu il mina partlayışlarında Azərbaycanın 11 hərbçisi yaralanıb, 3 hərbçisi şəhid olub


 

Bu il mina partlayışlarında Azərbaycanın 11 hərbçisi yaralanıb, 3 hərbçisi şəhid olub<b style="color:red"></b>

Cari ilin ötən dövrü ərzində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində 15 mina hadisəsi baş verib.

 APA-nın apardığı monitorinqin nəticələrinə görə, hadisələrdən 11-i hərbçilər, 4-ü isə mülki şəxslərlə bağlı olub.
 
Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi 11 hadisə zamanı 11 hərbçi yaralanıb (1 hərbçi kəllə beyin travması alıb), 3 hərbçi isə şəhid olub. Minaya düşənlərdən 1-i gizir, 3-ü zabit, 7-si əsgər, şəhid olanlardan isə 1-i zabit, 2-si əsgərdir. Mina qurbanlarından 8 nəfərinin yaşı 18-21 arasındadır.
 
Hərbçilərlə bağlı mina hadisələrinin 3-ü Tərtər, 3-ü Goranboy, 2-si Füzuli, 1-i Xocavənd, 1-i Ağdam, 1-i isə Tovuzda baş verib.
 
Monitorinqlərin nəticələrinə görə, hərbçilərlə bağlı hadisələrin böyük əksəriyyəti əməliyyat tapşırıqlarının yerinə yetirilməsi zamanı qeydə alınıb.
 
Ümumilikdə hərbçilərlə bağlı mina hadisələrinin sayında əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. APA-nın monitorinqlərinə görə, ötən il cəbhədə hərbçilərlə bağlı 4 mina hadisəsi baş verib, nəticədə 3 hərbçi yaralanıb.
 
Mülki mina hadisələrindən 2-si Füzuli, 1-i Ağdam, 1-i isə Tərtər rayonu ərazisində baş verib. Mülki hadisələrdən 3-ü mina təhlükəsi olan ərazidə təsərrüfat işləri zamanı baş verib. Nəticədə 3 nəfər xəsarət alıb, 1 nəfər həlak olub.

 





23.11.2012    çap et  çap et