525.Az

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib


 

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib<b style="color:red"></b> Cari ilin 23 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

525.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Litva nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərq Qonşuluq Siyasəti idarəsinin rəisi Edminas Baqdonas başçılıq edib.
 
Görüşdə Azərbaycan ilə Litva arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
 
Nazir müavini Xələf Xələfov Litva nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirmiş və bunun iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib. Azərbaycanın Avropa institutlarına inteqrasiyasını prioritet olduğunu deyən Nazir müavini, ölkəmizin Litva, o cümlədən Avropa Birliyi üçün mühüm ölkə, təhlükəsizlik və enerji təhlükəsizliyi sahələrində etibarlı tərəfdaş olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
 
Nazir müavini Xələf Xələfov Litvalı qonaqlara Ermənistan Azərbaycan münaqişəsi haqda ətraflı məlumat vermiş və Avropa Birliyinin münaqişə ilə bağlı daha konkret mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Həmçinin, münaqişə həll olunmadan regionda inkişafın və davamlı stabilliyin olmayacağı da vurğulanıb.
 
Litvalı rəsmi Azərbaycanda müşahidə etdiyi inkişafın işlərinin onda xoş təəssürat yaratdığını bildirib. Litvanın 2013-cü ilin ortalarından etibarən Avropa Birliyinə sədrlik edəcəyini diqqətə çatdıran Edminas Baqdonas, ölkəsinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində proqrama üzv ölkələrlə, o cümlədən Azərbaycanla daha effektiv əməkdaşlıq edəcəklərini söyləmyib.
 





23.11.2012    çap et  çap et