525.Az

Ginnes rekordu qıran türk


 

Ginnes rekordu qıran türk<b style="color:red"></b>

Türk əsilli Avstraliya vətəndaşı Okan Kaya Ginnes Rekordlar kitabına düşüb.

ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Okan Kaya 135 saat 50 dəqiqə fasiləsiz olaraq "Call of Duty: Black Ops II” oyununu oynayaraq yeni bir rekorda imza atıb.

Okan Kaya kompüter oyunlarına xüsusi bir sevgi duyduğunu bildirib. Onun bu rekordları kitabına düşməsi 5,5 gündən bir az artıq vaxt sərf edib. O. Kayandan əvvəlki rekord 120 saat 7 dəqiqə olmuşdu.

Okan Kaya deyir ki, bu rekorda həftənin çərşənbə axşamı başlayıb. Hər saatın əvvəllində 10 dəqiqə ayaqyolu üçün fasiləyə çıxıb və tez-tez energetik içkilər içərək yuxusuzluqla mübarizə aparıb.

Okan “4Cabling” firmasında satış meneceri çalışır. O. Kaya deyir ki, əllərində qıcolmalar olduğu üçün əllərini sarımalı olubmuş.

Qeyd edək ki, Ginnes-in qaydalarına görə, Okan Kayaya bir müddət yatmağa icazə verilib. Keçən il isə tayvanlı bir gənc 40 saat boyunca kompüter oyunu oynadıqdan sonra ölmüşdü.

 





23.11.2012    çap et  çap et