525.Az

Yalandan pulunun oğurlandığını dediyi üçün həbs edildi


 

Yalandan pulunun oğurlandığını dediyi üçün həbs edildi<b style="color:red"></b>

Bakıda polisə avtomobildən külli miqdarda pul oğurlanması barədə məlumat daxil olub.

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
 
Məlumata görə, ötən gün axşam saatlarında Bakı şəhər sakini, 46 yaşlı Kəmalə İsgəndərova polisə müraciət edərək 9-cu mikrorayon ərazisində avtomobilinin qarət edilməsi barədə məlumat verib. Qadın maşınından 30 min manat və əşyalarının oğurlandığını bildirib.
 
Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb. Hadisə baş verən əraziyə baxış keçirilib, orada təhlükəsizlik kameralarının olduğu müəyyənləşib. Kameraların yaddaşına baxarkən isə K. İsgəndərovaya məxsus “Nissan Tida” markalı avtomobildən oğurluq edilmədiyi məlum olub. Hadisə barədə polisə yalan məlumat verən qadın saxlanılıb. Araşdırma zamanı məlum olub ki, qızıl alverçisi olan K. İsgəndərovanın külli miqdarda borcu var. Həmin borclardan yaxa qurtarmaq istəyən qadın bu hiyləyə əl atıb.
 
Faktla bağlı araşdırma aparılır.

 





24.11.2012    çap et  çap et