525.Az

Bakıda 4 dərəcə şaxta gözlənilir


 

Bakıda 4 dərəcə şaxta gözlənilir<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.
 
ETSN-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
 
Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.
 
 
Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir.
 
Yollar buz bağlayacaq.
 





06.01.2015    çap et  çap et