525.Az

Mədəniyyət və Turizm Nazirliyində yeni şöbə yaradılıb


 

Mədəniyyət və Turizm Nazirliyində yeni şöbə yaradılıb<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb.

Şöbənin tərkibinə İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir.

Mədəniyyət və turizm nazirinin əmrinə əsasən nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Şixəmmədov Vüqar Nurməmməd oğlu yeni şöbəyə müdir təyin edilib.

Modern.az
 





07.01.2015    çap et  çap et