525.Az

Nəqliyyat Nazirliyi 93 saylı avtobus marşrutunu bərpa etdi


 

Nəqliyyat Nazirliyi 93 saylı avtobus marşrutunu bərpa etdi<b style="color:red"></b>

Sabunçu qəsəbəsindən şəhər istiqamətində hərəkət edən 93 saylı avtobus marşrutunun hərəkəti bərpa olunub.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az-a açıqlamasında bunun səbəbini marşruta zərurət yaranması ilə əlaqələndirib:

“93 saylı marşrutla hərəkət dayandırılmışdı. Bu, Ziya Bünyadov prospektindəki təmir işlərilə, həm də iqtisadi-səmərəlilik baxımından müəyyən problemlərlə bağlı idi. Yenidən bərpa olunmasına səbəb isə Sabunçu istiqamətindən “20 yanvar” metrostansiyasına doğru başqa marşrutun olmaması, sərnişinlərin əziyyət çəkməsidir”.

Nazirlik rəsmisi qeyd edib ki, Ziya Bünyadov prospektində təmir işləri başa çatdığından gələcəkdə həmin istiqamətdə, eləcə də şəhərin digər yerlərndə zərurət yaranarsa, digər marşrutlarla paralellik təşkil etməzsə, bağlanan digər marşrutların da bərpa olunması ehtimalı var”.

Namiq Həsənovun sözlərinə görə, hazırda araşdırmalar gedir:

“Hansı qəsəbələrdə şəhərin mərkəzi ilə birləşdirən marşrut yoxdursa, digərlərilə paralellik təşkil etməmək şərtilə o istiqamətlərdə də bunu etmək mümkün olacaq”.

 





07.01.2015    çap et  çap et