525.Az

Yollar buz bağlayacaq


 

Yollar buz bağlayacaq<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında yanvarın 8-də fasilələrlə yağış, qar yağacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi şiddətlənəcək. Çovğun olacaq, gecəyə doğru yollar buz bağlayacaq. 
 
Havanın temperaturu 2-4 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın, axşama doğru isə 2 dərəcə qədər şaxta olacaq.
 
Azərbaycanın rayonlarında sabah yağıntılı olacaq , sulu qar və  qar yağacaq. Arabir intensivləşəcək.

Şimal-qərb küləyi güclənəcək.  Havanın temperaturunun gecə  və gündüz 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti, dağlarda 8-13 dərəcə şaxta olacaq, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.
 





07.01.2015    çap et  çap et