525.Az

Xəzərdə 4 balıqçı itkin düşüb, onlardan birinin meyiti tapılıb


 

Xəzərdə 4 balıqçı itkin düşüb, onlardan birinin meyiti tapılıb<b style="color:red"></b>

Xəzər dənizinin Xaçmaz rayonu ərazisində 4 balıqçının olduğu qayıq batıb.

APA-nın şimal bürosunun məlumatına görə, ötən gün axşam saatlarında axtarışlara FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və helikopter cəlb edilib.

Batan balıqçılar - Siyəzən rayonu Yenikənd qəsəbə sakinləri, 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu və Xaçmaz rayonu Müqtədir qəsəbə sakini 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu axtarışına başlanıb. Onlardan Əkbərov Vüsal Fəxrəddin oğlunun meyiti tapılıb. Dalğalar balıqçıların qayığını da sahilə çıxarıb.
 
Digər 3 balıqçının axtarışları davam etdirilir.
 
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda 3 balıqçının axtarışları davam etdirilir.
 
Axtarışa Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri də cəlb edilib.

 





25.11.2012    çap et  çap et