525.Az

İslam Hüseynova sui-qəsd edənlərdən biri azərbaycanlıdır


 

İslam Hüseynova sui-qəsd edənlərdən biri azərbaycanlıdır

Təhqiqat Komitəsi sui-qəsdin İslam Hüseynovun çoxdan tanış olduğu şəxs tərəfindən törədildiyi qənaətinə gəlib

Yerli mətbuat sui-qəsdçilərdən birinin Azərbaycan vətəndaşı olduğunu yazır

 Ulyanovsk hüquq-mühafizə orqanları Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin rəhbəri İslam Hüseynova sui-qəsd edənlərdən birinin şəxsiyyətini müəyyənləşdirə biliblər. Bu barədə APA-ya Rusiya Təhqiqat Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsindən məlumat verilib.

Təhqiqat zamanı məlum olub ki, sui-qəsdi törədən şəxslərdən biri zərərçəkənlə uzun müddət tanış olub. Hüquq-mühafizə orqanları şübhəli şəxsin yerini müəyyənləşdirmək üçün tədbirlər görürlər.
Hazırda törədilmiş cinayətin bütün detallarının müəyyənləşdirilməsinə yönəlmiş istintaq hərəkətləri davam etdirilir, mümkün şahidlər və hücuma şahid olan şəxslər dindirilir.

Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, Ulyanovskda Azərbaycan diasporunun liderinə sui-qəsdin təşkilinə görə, iki gənc axtarışdadır. Onlardan biri Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, islam Hüseynova qarşı sui-qəsd dünən təşkil olunub. Hücum nəticəsində İslam Hüseynov yüngül yaralanıb, onun İqor adlı mühafizəçisi isə öldürülüb.

 





12.09.2012    çap et  çap et