525.Az

Regional reabilitasiya müəssisələri yaradılacaq


 

Regional reabilitasiya müəssisələri yaradılacaq<b style="color:red"></b> Sağlamlıq imkanları məhdud uşaqlar üçün regional tibbi-sosial reabilitasiya  müəssisələri təşkil ediləcək.

Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında öz əksini tapıb. Sənəddə qeyd olunur ki, icma əsaslı sosial reabilitasiya xidmətləri yaradılacaq. İşlərin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə tapşırılıb.
 
Bundan başqa, Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması da nəzərdə tutulub.
 





08.01.2015    çap et  çap et