525.Az

Tanrıyla söhbət ona olan eşqdir


 

Tanrıyla söhbət ona olan eşqdir<b style="color:red"></b>


Əkbər Əlioğlu

İlahiyə
, böyük Tanrıya eşq, onun səcdəgahında qul şəstliyi, bütün olmuş olacaqlara görə Mövlaya şükranlıq, İslam fəlsəfəsinin poetik dərki təsviribütün bunlar orta əsrlər Şərq şeiriyyətində aparıcı mövzulardan biri olub. Nəsimi, Yunis İmrə, Xətai, Füzuli lirikasının bakirə ətri, ülviyyətin aynası ruhun Tanrıya doğru uçuşunun yaratdığı əvəzolunmaz həzz zaman-zaman bizləri haldan-hala salıb, varlığımızı Tanrı nəfəsi ilə mayalayıb. Füzuli şeirinin pərvanələri öz axtarıcılıqlarında qənaətlidirlər ki, Məcnun eşqinin ilahiliyi Tanrıya bağlılığındadır. Hələ Nizamidən başlayan nəf minacat öz rişəsini Şərq, nanteizm fəlsəfəsindən çəkmişdir. Sufizm, hürufilik rəhdəti-vücud digər dini cərəyanlar bu fəlsəfənin ruhundan ayrılıblar.

Poeziyada ilahi eşq istilahı çağdaş dövrümüzdə təsəvvüf fəlsəfəsinin mahiyyəti, məzmun məna tutumu kimi anlaşılır. Klassiklərimizin yaradıcılığında təsəvvüf fəlsəfəsinin poetik ifadəsi öz mahiyyətində əsilləşir. Qumri, Dəxil, Raci, Nakam, S.Ə.Şirvani Sabir peyğəmbər imamlar haqqında çoxlu mərsiyələr, növhələr yazmışlar. H.CavidPeyğəmbəri ilə Məhəmməd (s-a), M.Şəhriyar məşhurƏli-rəhməti humanın, Əli-ayəsi Xudanınmətləli qəzəlilə Əliyə öz sevgilərini ifadə etmişlər. B.VahabzadəAllahşeirilə Tanrıya, Z.YaqubPeyğəmbərpoemasıyla İslamın yaradıcısına inam məhəbbətlərini izhar etmişlər. İlahi eşqi biz Hacı Yaşar GöyçaylınınTərəfdarı Əli” (2011) məşhur şeir kitabında gördük. Tanrıya qovuşma, Tanrı eşqi Hacı Yaşar şeiriyyətində güclüdür, fəqət təsəvvüf fəlsəfəsindən bəhərlənmə burada mükəmməl dini bilgidən o yana ötə bilmir.

Şairlik istedadına, ədasına bələd olduğum dostum Ədalət Əsgəroğlu da bu mövzunun poetik ifadəsinə təşəbbüs göstərib (“Aynasında buta”, “Mütərcim”, Bakı-2012). Bəs Ə.Əsgəroğluda ilahi eşq hansı bədii ölçüdə, dil çəkisində, metaforik təbiətdə görünür? Şeirlə ciddi təmaslaşdıqdan sonra qənaətə gəldim ki, şair öz ruhunu bu ovqatda kökləmək üçün klassiklərimizin təsəvvüf lirikasıyla bağlı şeirlərinə dərindən dönüş, təsəvvüf fəlsəfəsinin elmi şərhini verən əsərləri mütaliə edib. İçərisində limhəlim dolduğu bu mövzunu bənzərsiz təkrarlamaq üçün böyük zəhmət çəkərək ruhunun yağını çəkib, canında can qoymayıb. Bəs əvəzində qazancı oldu? O oldu ki, biz onun poetik düşüncəsində, bədii təfəkküründə, sözlərində Tanrı dilinin açarı olan əsl şair obrazı gördük.

Biz orta əsrlər poeziyasında ilahi eşq lirikasını qədim Şərq deyim formalarında, qədərincə yetmək olan ərəb-fars sözləri ilə qaynaqlaşan mürəkkəb izafətlər həmin dövrün düşüncəsinin metaforik təbiəti, – bədii təsvir ifadə vasitələri biçimində oxumuşuq, sevmişik, cazibələrindən ayrıla bilməmişik. Ancaq bununla belə, etiraf edək ki, bir çox poetik mətnləri qavramaqda bəzi hallarda aciz qalmışıq. Hətta klassik izafətləri bir qədər müasir ədəbi dil qatlarıyla mayalayan Yaşar Göyçaylı Ədalət sadəliyində tam əsilliyinə tapına bilir. Əsgəroğlunun uğuru ondadır ki, o, şeirlərinin obrazlığına, kövrəkliyinə önəm verməklə yanaşı, məna ideya tutumuna həssaslıqla diqqət yetirib. Qəzavü-qədərə, qismətə, taleyə, Tanrı hakimliyini bu fonda ona qovuşmağın müqəddəs vüsal anınaaxirətə tapınmanın ali ruhani zamanını bundan böyük, bundan tutumlu, bundan mənalı, bundan uca, bundan ülvi yaşamın başqa cür necə vermək olar axı!..

Ümid gəlir axın-axın,

Sinəm güldü yarın, baxın.

Bəlkə sabahdan da yaxın

Bəlkə sabah qayıdacam.

Bu sabah axirətdən öncəki şairə məxsus Tanrıya dönüm olan zaman ölçüsündən başqa ola bilər? Bu dönüşü poetik kəşf kimi qiymətləndirən, kitaba ön söz yazmış Balayar Sadiq qeyd edir ki, “Forma məzmunun vəhdət yaratdığı bu poeziya nümunələrində şair söz məna harmoniyasından əsrarəngiz bədii lövhələr yaratmışdır”. Bizsə əlavə olaraq yaradıbsa düz yaradıb” – deyə bilərik.

Axirətə inamın ən yeni mükəmməl poetik ifadəsinə şairin bir çox gəraylılarında rast gəlirik. ƏslindəAynasında butabaşdan-başa gəraylı formasında olan şeirlərdən ibarətdir. Ədalət Əsgəroğlunun bu kitabdakı yeniliyi poetik fikrin müasir ədəbi dil qatlarında sadəliklə ifadə olunmasındadır. Bu sadə ifadələrin məna tutumu böyükdür. Şair sanki sözləri hövşərləyib misralara düzüb.

Əsgəroğlum, mövla təkin,

Karvan-karvan eşqdi yüküm.

Havalanan könül mülküm,

Qəm eyləsə nolur ki...

yaxud

Əsgəroğlum, pirdi odam,

Çox gözlədim gəldi butam.

Sevdim qəmi, verdi xudam

Şükranədi bu qəmxanə.

Axirət isə pirə, xudaya, mövlaya, tanrıya Allaha məxsusdur. Sahibi-ixtiyar odur. Axirətə inam Allaha olan müqəddəs sevgidən, ilahi eşqdən keçir.

Ön söz müəllifinin bu fikrilə razıyıq ki, təsəvvüf fəlsəfəsinə, onun poetikasına bələd olmayan adi oxucu Ədalətin gəraylılarındakıheyranedici düşüncəni dərk etməkdə aciz qalacaqdır.

Vaxtilə istedadlı şair Əli Rza Xələflidən bəhs edən yazımızda onu kədərin, həsrətin göyərtdiyi şair kimi səciyyələndirmişdik. Ədəbi yaradıcılığa orijinal düşüncə ilə yanaşanTənhalıqkitabıyla ədəbi mühitdə, mən deyərdim hadisə olan Mahir Qarayevdən bəhs edən məqaləmizdə isə yazmışdıq ki, əsl şair böyük kədərdən doğulur! Elə bil Ədalətin gəraylıları da bizə bu fikri diktə edir. Ədalət yozumunda ruhundakı bu dərdin dili dualıdır, Tanrı himayəsindədir. Tanrı hüznlü kədər ağır qəm daşıyıcılarına mərhəmətli şəfəqqətlidir. Bunu bildiyinə görədir ki, o, böyük Füzuli kimi Tanrıdan qəmini ondan əsirgəməməsini diləyir. Onun mövla sevgisinə qovuşmaq istəyindən nisgil, qəm ağrıda bir arılıq, şəffaflıq vardır. Bu lətif yeni deyimlər, poetik söyləmlər yeni olduğu qədər bakirədir. Barmaqla toxunsan ləçəkləri dən-dən tökülər, ağır sözə tuşlaşan həqq nidası cövlana qədər, haqsızlığa, üsyan qələmindənqan süzülər”. Əsgəroğluya xas kədər, dərd, həqqə tapınma rəngarəng mizanlarda göyərir, lövhələrdə boy göstərir.

Dərd-qəmə bələnməyən,

Zülmü zindandan ağır.

biləydim... bu gülməyin

Bəlası ondan da ağır.

Şeirlərinin deyim təzəliyi izafətlərin qönçə təravəti, sözlərin sıra bərkliyi fikrin yığcam ifadəsinin böyük məna yükünü buraya əlavə etsək, gözümüz önündə ədəbi prosesdə öz sözü, öz nəfəsi olan istedadlı tanınmış bir şair obrazı canlanacaq. Sözə həm sahiblik edən, həm onun önündə qul xidməti göstərən, haqq, ədalət yolçusu Ədalət Əsgəroğlunu görəcəyik. O, keçdiyi qələmli ötən ömrünə səmimiyyətlə şərəfli möhür vurub, düz vurub, saz vurub.

Böldüm, Əsgəroğlum, tikəni kimnən?

Çaşdım haça yolda bir əqli kəmnən.

Yaxşı ki, varimiş bir-iki kəlməm,

Az yazdım, düz yazdım, sazını yazdım.

Az yazıb, düz yazıb sazın yazan şair dostumla otağında görüşdüm, eloğlu kimi hallaşdıq. təzə – 2012-ci ilin əvvəlində çapdan çıxmışXocam Xocalıpoemasından söhbət açdı, xeyli nümunələr söylədi mən fikrin böyük ictimai-siyasi poetik məna tutumuna, yeni nəfəsə ciddiyyətlə qulaq kəsildim. Fikrində artıq qərarını verdim ki, poema haqqındakı düşüncələrimiAynasında butanın gözünə qatım. elə etdim.

Öncə etiraf edim ki, kitaba ön söz yazmış Zahir Əzəmət onu elə sərrast, dəqiq səciyyələndirib ki, tənqidçi dostum Vaqif Yusifli buradakıDərdinizin qan rənginin elə ədəbi hadisə kimi təqdimatını verib ki, düzü yazmağa çəkindik. Əsəri oxuduqdan sonra fikirləşdim ki, yox, yazmaq gərəkdir, bizim yazımız olar onların tozunu alma.

Poema doğrudan-doğruya Xocalı faciəsininmetaforik obrazınıifadə edir. Əsəri oxuyan inanacaq ki, özünü azad hiss edən insanziyalı, millət vəkili, şair Xocalını azad edə bilər. “Köləliyin vəkilimissiyasını özünə yaşam amalı seçənlər isə təbii ki, “öyrədən, yol göstərən ziyalı Xocaobrazına əl yetirməkdən məhrumdur. Şair çıxış yolunubəşəri faciənin dərki ruhi azad olma yolunu Xatın, Holokost qurbangahlarının xatirəsini anmaqda, çözməkdə görür. Yəqin ki, oxucu da poema ilə tanışlıqdan sonra azadlıq intibahının demək olduğunu ziyalı Xoca obrazında dərk edəcək. Dərdli-ələmli, eyni zamanda hayqırış dolu patetik təsvir çağırışlar, təsdiq inkarlar sadəliklə biçimlənmiş poetik mətni tamamlayır. Buradakı millət, xalq qarşısında şair etirafı faciənin bəşəriliyinin təsdiqinə Xocalıya qayıdışın yönünə səslənti təsiri  bağışlayır.

Xocalı faciəsi haqqında yazanların sayı bilinmir; təsirlisi var, zəifi . Rəyçi doğru olaraq yazır ki, şair bu mövzuda yazanlardan fərqli olaraq emosiyalar axarına düşməmiş, zahiri görüntülərdən yan keçərək canlı XocamAzərbaycan boyda ziyalı faciə obrazını yaratmışdır. Eyni zamanda bu obrazın ruhunda şair qəlbinin sızıltılarını asanlıqla hiss edirik, minsifətli, əjdaha xislətli, vətənsiz, simasız, yırtıcı mənəviyyat dəllalarının iyrənc, sərt üzlərini əlahəzrət sözün hakimliyi önündə görürük.

Xocam Xocalıkitabında Ə.ƏsgəroğlununDərdimizin qan rəngiSoydaşpoemaları, həmçinin, “Qar üstə qırmızı yazılar”, “Bəxt quşları da köçəridirbaşlığı altında şeirləri toplanıb. Şeirlərə verilmiş bu  başlıqlar əslində metaforik məzmundadır. Belə ki, qar üstə qırmızı yazılar həyatımızın, Azərbaycan adlı dünyamızın rəngarəng nüanslarda şairin aləmindən keçən görüntüləridir. Bu görüntülər şaqraq sevinc, gülüş deyil, boz-bulanıq, qəm, qüssə alatoranlıqları rəngindədir.

Həmçininboğazı üzülən torağay, başını tapdınmı Şuşada?”, “ət kimi çeynən təsəlli”, “yanağı cızılan ahu-zar”, “Öyməyin atlı oğlanı, tökülüb gözünün qarası s. kimi deyimlər yaşadığımız dövr, zaman insanlar haqqında bizə az söz demir. Bizə elə gəlir ki, onların təsir gücü ictimai satiranın, fərdi ünvanlara tuşlanmış tənqidin doğurduğu təəssüratdan daha artıqdır. Bax bu, Ədalətin bir şair kimi özünütəsdiqi olmaqla lənətlənmiş dövrə ittiham atəşidir. ƏslindəBəxt quşları da köçəridibaşlığı altında toplanmış şeirlər elə bu ovqatdadır; Taleyimizə düşəcəklər sanki qismətimiz deyilmiş, bəxtimiz ötəri, keçici bir ilğımmış. Zəmanədən şikayətimiz, dövrün ictimai-siyasi təbiəti sanki xəfif bir görüntü, xaotik bir yuxumuşgəldi-gedərdi. Niyə belədir? Çünki umduğumuzu, qismətimizdə olacaqları nəinki kəl qüvvələr, elitar dairələr, zaman bizə verir, əksinə yırtıcı, laqeyd soyuq, eitnasız təbiətini daha qabarıq göstərir, qıcırdılmış dişlərini daha möhkəm şaqqıldadır, fil ağzını timsah kimi açır, ruhumuzu ilan kimi çalır. Ümumiyyətlə, qan soran yırtıcı zəlilərin qurbanı olan insanlar, “bənövşə ölən şairləraləmi Ədalət misralarında müxtəlif pozalarda görünür.

Soydaşpoeması Novosibirsk şəhərində yaşayan eloğlularım haqqında yazılıb. Əsər belə bir fikri ortalığa qoyur ki, yaşadığın yersoyuqluğu çəkən məkan”, yaxud təndir kimi qalanmış ocaq olsa dahəsrət dolu ürəklərin bacasını gözlərinə təpən qürbətdir ki, qürbət. Bu qürbətdə soydaşyanmış bənövşə ömrüdür, “bərkimiş əllər kimi qabarlanmış kökədir” – sıx sinənə. Bəli müasir zəmanəmizdə keşməkeşli ömür yazıları tutub düzü, dünyanı. Lakin harada yaşamasından asılı olmayaraq Azərbaycan adı şərəflə yaşanmalıdır... Azərbaycanlı yaşayırsa, demək burasevgili candır, “çox möhtəşəm şəhərdir”. Buna görə şair soydaşlarına inam dolu həyat nəfəsi diləyir, Azərbaycan adından nəsihətini verir.

Bu gün ədəbi tənqidimizin beşiyi başında durmaq missiyasını ustadanə yerinə yetirən dostum Vaqif YusifliDərdimizin qan rəngini təhlil edərkən buyurub ki, Ədalət ƏsgəroğluAzərbaycan poeziyasında yaşanan Qan obrazına yeni qan verib desək yanılmarıq. O, dərdimizin qan rəngini poeziyamızın qan rənginə çevirə bilib”. Özü elə bir səpgidə çevirib ki, özünü geniş-geniş nümunələr gətirməkdən çəkindirə bilmirsən.

Dərdimizin qan rəngiBMT-dən ATƏT-əcən maşın-maşın, vaqon-vaqon, karvan-karvan axan qızıl qandır”, “İçi-çölü yeyilən Vətəndir”. Bu qanaxır böyük, xırda günahacan, dil-dil ötən dövlətlərin hiyləsindən, hikkəsindən məkrinəcən”.

    

Dərdin qan rəngi...

qan, qan, qan!

Boya göy üzünü

Göy üzü bölünənəcən.

Bürü yer üzünü

Bu sevda ölənəcən!

Dünya yenidən doğulanacan!

Şairin yozumunda dərdimizin qan rəngi qaniçənlərindünya mənimdirdeyənlərin, titan dövlətlərin damağında baldı, özü günahsız baldıtəmiz qandı. Poemada şairin son olaraq gəldiyi qənaət belədir:

Milli Sərvət

Millət qanı...

lll

topa-topa yağmalandı

Üzü dan yerinə axdı.

Dərdimizin qan rəngini yazan Xocam şairim, çarəsini göstərən ziyalı balam, Tanrı Sizləri səfə çəksin, artın, çoxalın, bərkiyin, ruhu zəncirliləri azad edin. Qarşıda Sizi böyük şərəfli YOL gözləyir. Tanrıyla dərdləşən, ona aşiq qan qardaşım, bu, bütöv Azərbaycanın canından, qanından üzülən istəyidir.

Ədalət Əsgəroğlu, sən dedin, mən şəhadət verdim.

31.X.2012

 





25.11.2012    çap et  çap et