525.Az

Suriya vətəndaşları Azərbaycanda yol qəzasına düşüblər, ölən və yaralananlar var


 

Suriya vətəndaşları Azərbaycanda yol qəzasına düşüblər, ölən və yaralananlar var<b style="color:red"></b>

Bakıda zəncirvari yol qəzası baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
 
Suriya vətəndaşı, 1963-cü il təvəllüdlü Matuk Cihad Ahmetin idarə etdiyi “VAZ-21013” markalı maşın Hacıbəy Dinbazovun idarə etdiyi “Opel” markalı və Nizami Qəribovun idarə etdiyi “Chevrolet” markalı avtomobillərlə toqquşub.
 
Nəticədə Matuk Ahmedin sərnişini, Suriya vətəndaşı Halak Caval aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Matuk Ahmed və digər avtomobillərin sürücüləri xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 





26.11.2012    çap et  çap et