525.Az

“Kimya üzrə kurikulum bu fənnin təlimini yeni keyfiyyət səviyyəsinə yüksəltməyə zəmin yaradacaq”


 

“Kimya üzrə kurikulum bu fənnin təlimini yeni keyfiyyət səviyyəsinə yüksəltməyə zəmin yaradacaq” <b style="color:red"></b>

Təhsil islahatının hazırki mərhələsində ümumtəhsil məktəblərində təbiət fənlərindən olan kimyanın müasir tələblər səviyyəsində tədrisi mühüm vəzifələrdən biri kimi qarşıda durur. Müasir insanın həyatını kimyasız təsəvvür etmək qeyri-mümkündür. Kimya insan həyatının, demək olar ki, bütün sahələrinə nüfuz edib. Bu mühüm amil nəzərə alınaraq kurikulumda göstərilir ki, kimyanın tədrisi zamanı şagirdlərə bu elmə maraq, riyazi hesablamalar, yeni texniki vasitələrdən istifadə etmək, təbiətdə baş verən hadisələri, maddi aləmdə gedən dəyişiklikləri dərk etmək, həyatda, məişətdə ekoloji problemlərin həllində iştirak etmək bacarığı aşılanmalıdır.

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, müasir mərhələdə şagirdlərə həyati bacarıqlar aşılanması zəruri tələbə çevrilib. Fənyönümlü, elmyönümlü təlimdən fərqli olaraq, müasir təlim prosesi şəxsiyyətyönümlü, şagirdyönümlü olmalıdır. Bu baxımdan kurikulumda şagirdlərə kimyanın tədrisi prosesində tədqiqatçılıq, analiz sintez, təsnifetmə, sistemləşdirmə, qruplaşdırma, ümumiləşdirmə konkretləşdirmə, mühakiməyürütmə, məntiqi düşünmə, müqayisə bacarıqlarının aşılanması diqqət mərkəzində saxlanılır. Kurikulum təlimin praktik istiqamətinin gücləndirilməsini nəzərdə tutur. Bu baxımdan, ənənəvi fənn proqramlarından köklü şəkildə fərqlənən, təlimin məqsədi, məzmunu, vasitə üsulları, bu sahədəki fəaliyyətin səmərəliliyini yoxlamağın metod vasitələrini özündə əks etdirən sənəd olan kimya fənni üzrə kurikulumun tətbiqi, şübhə yoxdur ki, təlimi yeni keyfiyyət səviyyəsinə yüksəltməyə zəmin yaradacaq. Məktəblilər kimya üzrə təcrübələr yerinə yetirməli, modelləşdirmə, hesablama əməliyyatları aparmalıdırlar ki, bu da nəticə etibarilə onlarda mühüm keyfiyyətlərçətinliklərin öhdəsindən gəlmək, iradə, əqli fəallıq, tədqiqatçılıq, müstəqillik, təşəbbüskarlıq formalaşdırır: “Kurikulumun qarşıya qoyduğu məqsəd vəzifələr hər bir şagirdin kimya fənni üzrə əldə etdiyi bilik, bacarıqların başqa fənlər üzrə bilik bacarıqlarla əlaqələndirməsini nəzərdə tutur. Burada belə bir cəhət nəzərə alınıb ki, kimyadan minimum səviyyədə bilik, bacarıqları olmayan müasir insanın təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı sair ixtisas sahibi kimi formalaşdırmaq çətindir. Kurikulumda şagirdlərin kimyaya dair ən mühüm bilik bacarıqlara yiyələnməsi üzrə işin sistemi şərh edilmiş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün müəllimin fəaliyyətinin əsas istiqamətləri, zəruri olan təlim strategiyaları, metodlar üsullar müəyyənləşdirilmişdir. Şübhə yoxdur ki, kurikulum ideyalarının müvafiq dərsliklər müəllimlər üçün metodik vəsaitlər, tədris materialları vasitəsilə reallaşdırılması, müəllimlər üçün treninqlər, pedaqoji mətbuatda mütəxəssis şərhləri təlim prosesinin optimal təşkilinə zəmin yaradacaqdır”.

Nazir deyir ki, kimya fənni kurikulumunda fənnin məzmunu, məqsəd vəzifələri, əhəmiyyəti şərh edilmiş, məzmun xətləri müəyyənləşdirilmiş, müvafiq təlim standartlarının xüsusiyyətləri, inteqrasiyası, hər bir sinif üzrə gözlənilən ümumi təlim nəticələri dəqiqləşdirilib: “Ənənəvi fənn proqramlarından fərqli olaraq biz kimya fənni kurikulumunda təlim strategiyaları termini ilə qarşılaşırıq ki, bu da geniş mənada fənnin tədrisinə verilən müasir tələbləri, təlimin təşkilinin forma metodlarını, planlaşdırma nümunələrini əhatə edir. Kurikulumun mühüm xüsusiyyətlərindən biri fənn üzrə məzmun xətlərinin dəqiqləşdirilməsidir. Kimya fənni üzrə 4 məzmun xətti müəyyənləşdirilib. Maddə maddi aləm, kimyəvi hadisələr, eksperiment modelləşdirmə, kimya həyat. Maddə maddi aləm məzmun xətti maddənin tərkibini, quruluşunun, kimyəvi rabitələrin tiplərinin xassələrini, atom molekulların, maddi aləmin düzgün dərk olunmasına, onlar haqqında mülahizələrin irəli sürülməsinə, şagirdlərdə tədqiqatçılıq meylinin inkişafına imkan yaradır. Yuxarı siniflərdə maddələrin onların quruluşundan asılılığının səbəblərini aydınlaşdırmaq, quruluşuna görə maddələrin xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən saf maddələri qarışıqları bir-birindən fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə qarışıqları ayırmaq bacarıqlarının formalaşması imkanlarını genişləndirir. Maddə maddi aləm məzmun xəttinə aid materialın öyrənilməsi şagirdlərin zəhərli maddələrlə davranma, maddələrin tətbiqinə görə müəyyənləşdirmək sahəsində qabiliyyətlərinin inkişaf etməsinə təsir göstərir. Kimyəvi hadisələr məzmun xəttinə aid materialın mənimsənilməsi maddələrin bir-birinə çevrilməsi, bu çevrilmələrin qanunauyğunluqlarının şəraitinin, maddələrin alınmasının dərk olunması kimyəvi reaksiyalar əsasında hesablamalar aparılması üçün imkan yaradır. Şagirdlər ətraf aləmdə baş verən çevrilmələrdən həyati məqsədlər üçün istifadə bacarıqları qazanırlar. Bu məzmun xətti şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin güclənməsində mühüm rol oynayan kimyəvi çevrilmələri öyrənməyə imkan verir. Eksperiment modelləşdirmə məzmun xətti maddələrin quruluşunun xassələrinin öyrənilməsində əldə olunan bilik bacarıqların eksperiment yolu ilə modelləşdirilməsi, kimyəvi reaksiyaların təcrübədə göstərilməsi, molekulların, kristal qəfəslərin üçölçülü modellərinin hazırlanması şagirdlərdə praktiki vərdişlərin yaranmasını, nəzəri məlumatların praktikada tətbiq olunması bacarıqlarının formalaşmasını təmin edir. Bu məzmun xətti fəza təsəvvürlərinin inkişafına səbəb olur. Əldə olunmuş bilik bacarıqların daha dolğun şərh edilməsinə imkan yaranır. Maddələrin keyfiyyət kəmiyyət tərkibinin analizi elmi tədqiqat işləri aparmaq üçün zəmin yaradır”.

M.Mərdanovun dediyinə görə, kimya həyat məzmun xətti təbiətə, bütünlükdə bəşəriyyətə böyük zərər vura biləcək maddələrin müəyyənləşdirilməsini onların həyatın istənilən sahəsində zərər vurmadan tətbiq olunmasını təmin edir. Bütün bunlar kimya fənni kurikulumunun məktəbdə, təlimin yeni keyfiyyət səviyyəsinə qaldırılmasına, şagird şəxsiyyətinin formalaşmasında, məktəblilərə həyati bacarıqlar aşılanmasında bu fənnin imkanlarından optimal istifadə olunacağına inam yaradır. Göründüyü kimi, müəyyənləşdirilmiş məzmun xətləri orta məktəbdə kimya fənninin məzmununu tam əhatə edir. Şagirdlərin kimya üzrə zəruri bilik bacarıqlara yiyələnməsinə zəmin yaradır: “Kurikulumda aşağıdakı fəaliyyət xətlərinin dəqiqləşdirilməsi müəllimin təlim prosesini düzgün təşkil etməsi baxımından əhəmiyyətlidir: maddələri adlandırmaq, təyin etmək, tərtib etmək, səciyyələndirmək, izah etmək, maddələr laboratoriya avadanlığı ilə işləmək, kimyəvi təcrübələri yerinə yetirmək, hesablamaq, təhlükəsizlik texnikası qaydalarına əməl etmək, ümumiləşdirmək təsnif etmək, təqdimat, problemləri həll etmək, məsələ çalışma həlli, kimyəvi hesablamalar aparmaq, təqdimat keçirmək. Göründüyü kimi, fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə yanaşı, onların hər biri ilə əlaqədardır. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır şagirdlər tərəfindən kimya fənninin dərk edilməsinə, ona kompleks bacarıqların toplusu kimi baxılmasına xidmət edir. Şagird kimyadan mənimsəyəcəyi məzmuna müxtəlif fəaliyyət vasitəsilə nail ola bilər. O, fəaliyyət zamanı problemlərini həll etmək üçün mühakimələr yürüdür, onları sübut edir, kimyəvi məsələlərin müzakirəsində iştirak edir. Fəaliyyət xətləri şagirdlərin praktiki fəaliyyətinin güclənməyinə xidmət edir. Kurikulumun üstünlüklərindən biri təhsil standartlarının dəqiqləşdirilməsidir. Bu, müəllimə dərs ili boyu fənn üzrə şagirdlərin hansı bacarıqlarının formalaşmasını, dərs ilinin sonunda hansı təlim nəticələrinin əldə edilməsini bilməyə öz fəaliyyətlərini bu nəticələrə istiqamətləndirməyə imkan verir. Digər təlim fənləri kimi, kimya dərslərində fəndaxili fənlərarası inteqrasiyanın böyük əhəmiyyəti var. Qeyd olunanlar nəzərə alınaraq, kimya fənn kurikulumunda fəndaxili fənlərarası inteqrasiya növlərinə xüsusi diqqət yetirilmişdir. Məlumdur ki, kimya fənni maddi aləmin dərk edilməsində təbiət hadisələrinin öyrənilməsini, qarşılıqlı əlaqəsini fənnin tədrisində inteqrasiyanın tətbiq edilməsinə olan zərurətin daha yüksək olmasına əsas verir, inteqrativlik baxımından kimyanın rolunu göstərir”.

Nazir deyib ki, kimya fənn kurikulumu müvafiq dərslik dərs vəsaitlərinin, müəllim şagirdlər üçün resursların hazırlanması, təlim prosesinin səmərəli təşkili üçün zəruri didaktik tələblərin əsasını təşkil edir. Ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlərin normativ-hüquqi bazası rolunu oynayır. Kimya fənninin yeni məzmununun nəticələr (məzmun standartları) formasında verilməsi kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Bu isə müəllimlərə fəaliyyətlərində sərbəst olmağa, müvafiq təlim strategiyaları seçməyə, yaxud öz imkan şəraitlərinə uyğun təlim strategiyaları hazırlamağa imkan yaradır, onları müasir dərsliklərin digər resursların hazırlanmasına istiqamətləndirir. Kimya fənn kurikulumu şagirdlərin bir şəxsiyyət kimi formalaşdırılmasına istiqamətləndirildiyindən onların inkişafını ardıcıl olaraq izləməyə imkan verən məzmun strategiyaları əhatə edir. Müxtəlif səviyyələrdə müəyyənləşdirilmiş məzmun standartları şagirdlərin əldə edəcəkləri dəyərlərin göstəricisi rolunu oynayır. Kimya təbiət elmlərindən biri olub bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir. Dünyada mövcud olan cansız canlı varlıqlar ayrı-ayrı maddələrdən ya onların qarışıqlarından ibarətdir. Məsələn, havadakı oksigen, içməli su, xörək duzu şəkər ayrı-ayrı maddələrdir. Hər gün gördüyümüz duyduğumuz torpaq, daş, hava, ağac sair müxtəlif maddələrin qarışığıdır. Şagirdlər kimya fənninin imkanlarından istifadə edərək onlarla insan həyatı üçün əhəmiyyətli olan başqa maddələrlə yaxından tanış ola bilirlər. Təbiətdə mövcud olan maddələrdən başqa, insanlar özləri bir çox yeni maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar, liflər, dərman maddələri sair alırlar. Hazırda təbii süni surətdə əldə olunan maddələrin milyonlarla növü məlumdur. Bir qayda olaraq, təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir. Məsələn, yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını, torpaqdan suyu qida maddələrini mənimsəyərək özlərinə lazım olan üzvi maddələr hazırlayır, havanı oksigenlə zənginləşdirir. Bitki heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gələn mineral maddələr torpağı münbitləşdirir. Bütün bunların mənimsənilməsi şagirdlərin onları əhatə edən ətraf aləmlə daha fəal ünsiyyətdə olmasına imkan yaradır.

M.Mərdanovun sözlərinə əsasən, məktəbi bitirdikdən sonra hamı özünə kimyaçı ixtisasını seçmir. Bəs hamının kimyanı öyrənməsi nəyə görə vacibdir? Orta məktəb səviyyəsində kimyəvi bilik bacarıqlara yiyələnmək bizim hər birimizə verə bilər? Ümumiyyətlə, kimya fənninin əhəmiyyəti nədən ibarətdir? Müxtəlif sənaye sahələrinin kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri sair inkişaf edə bilməz. Kimya sənayesi xalq təsərrüfatını müxtəlif kimyəvi məhsullarla təmin edir. Bir çox sənaye sahələrində kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn, metalların korroziyadan (yeyilib dağılmadan) qorunması, istehsal proseslərinin sürətləndirilməsi üçün kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı sair: “Siz kənddə yaşayırsınızsa, mineral gübrələrlə, bitki heyvanları xəstəliklərdən qoruyan alaq otlarını məhv etmək üçün istifadə olunan maddələrlə davranmağı bacarmalısınız, onların xassələrini bilməlisiniz. Əgər şəhərdə yaşayırsınızsa, gələcəkdə şəhərdəki sənaye müəssisələrində, yanacaq-energetika komplekslərində, texniki qurğularda başqa yerlərdə işləməli olacaqsınız. Bu isə həmin obyektlərdə istifadə olunan alınan çoxlu kimyəvi maddələri tanımaq, onlarla davranmağı bacarmaq tələb edir. Bundan başqa, şəhər tikintilərində tətbiq olunan maddələrin, evdə gündəlik rastlaşdığınız məişət kimyası məhsullarının xassələrini bilməsəniz, onlardan istifadə etməkdə çətinlik çəkəcəksiniz. Hazırda sənayenin sürətli inkişafı cəmiyyətin həyatında böyük dəyişikliklərlə yanaşı, yeni problemlər meydana çıxarmışdır. Yaşadığımız təbii mühit müxtəlif sənaye müəssisələri tərəfindən ildən-ilə lazımsız zərərli maddələrlə daha çox çirkləndirilməkdədir. Ətraf aləmi (torpağı, suyu, havanı) ən çox çirkləndirən sahələr yanacaq-energetika, metallurgiya, nəqliyyat kimya sənayesidir. Bununla bərabər, təbii mühitin mühafizə edilməsi işlərində kimya əhəmiyyətli rol oynayır. Belə ki, ətraf aləmə atılan çirkləndiricilər, tullantı sular, əsasən, kimyəvi üsullarla xüsusi kimyəvi maddələrin köməyi ilə zərərsizləşdirilir, onların havadakı sudakı miqdarı təyin edilərək tənzimlənir nəzərdə saxlanılır. Təbii mühitin qorunmasında texnoloji proseslərin təkmilləşməsi, müasir, aztullantılı istehsal texnologiyasının tətbiqi böyük əhəmiyyət daşıyır. Ətraf mühitin çirklənməsində kimyəvi proseslər deyil, daha çox həmin prosesləri tətbiq edən istehsalçılar təqsirkardırlar. Onlar bir çox hallarda istehsal proseslərinin aparılması qaydasını pozur ona düzgün əməl etmirlər. Nəticədə isə ətraf aləm yaşayış üçün yararsız hala düşür. Buna qarşı isə cəmiyyətin hər bir üzvü mübarizə aparmalı olur. Kimyadan minimum səviyyədə bilik bacarıqları olmayan müasir insanın təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı sair ixtisas sahibi kimi formalaşdırmaq çətindir.  Kimya gündəlik həyatda, elmin digər sahələrinin inkişafında, texnika texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Şagirdlərin elmi bilik bacarıqlarının daha da genişlənməsinə imkan yaranır. Onlar kənd təsərrüfatının sənayenin inkişafında, ekoloji problemlərin həllində kimyanın rolunu təlim prosesində dərk edirlər.Sivilizasiyalı cəmiyyətdə rasional davranmaq, özünün ətraf mühitin (hava, su, torpaq) təhlükəsizliyini təmin etmək, yaşayış mühitinin təmizliyini qorumaq üçün hər bir insanın müəyyən kimyəvi bilik bacarıqlara malik olması vacibdir. Bundan əlavə, xammal, energetika, ərzaq tibb sahəsində problemləri həll  etmək üçün ümumi kimyəvi təhsilə ehtiyac vardır”.

Nazir əlavə edib ki, ümumtəhsil məktəblərində kimya fənninin əsas məqsədi kimyəvi maddələrə, onların bir-birinə çevrilməsi proseslərinin başvermə səbəblərinə idarəedilməsi qanunauyğunluqlarına, maddələrin kimyəvi proseslərin həyatda roluna, daha çox istifadə olunan kimyəvi maddələrlə təhlükəsiz davranmaq qaydalarına dair bilik bacarıqların mənimsənilməsindən, məntiqi yaradıcı təfəkkürün, ekoloji mədəniyyətin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədin reallaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsində kimyadan əldə edilən müvafiq bilik bacarıqlar şagirdlərə onları əhatə edən maddi aləmin burada baş verən hadisələrin təhlilinə bunun əsasında gündəlik həyati problemlərin həllinə imkan verir. Şagirdlərin intellektual inkişafına, uğurlu praktik fəaliyyətinə zəmin yaradan təfəkkür tərzi formalaşdırır. Başqa fənlərin öyrənilməsinə kömək edir təhsilin davam etdirilməsi üçün imkan yaradır. Müxtəlif forma məzmuna malik məlumatların məntiqi cəhətdən təhlil edilməsi təmin olunur. Tam orta təhsil səviyyəsində fəaliyyətlərin genişləndirilməsi inkişaf etdirilməsi yolu ilə yeni anlayış mahiyyətlər, daha sistemli tətbiqyönümlü praktik vərdişlər bacarıqlar aşılanır. Gələcək təhsil peşə fəaliyyətinin davam etdirilməsinə zəmin yaradan kimyəvi biliklərin mənimsənilməsi geniş dünyagörüşünün formalaşdırılması təmin olunur: “Kimya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunan məzmun xətləri məzmunun zəruri istiqamətləridir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur onu sistemləşdirmək məqsədi daşıyır. Kimya təliminin məzmunu isə maddələrin quruluşunu, xassələrini, onların çevrilmələrinin səbəbini izah edir, kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr təcrübələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir. Maddələri, onların bir-birinə çevrilməsi reaksiyalarını tətbiq idarə edir, ətraf aləmin sadə kimyəvi mühafizə qaydalarını mənimsədiyini nümayiş etdirir, müşahidə etdiyi hadisələri ümumiləşdirib təqdim edir. Kimya sahəsində görkəmli alimlər onların xüsusi əhəmiyyətə malik elmi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi yayılmasında iştirak edir”.

Təhsil naziri vurğulayıb ki, kimyanın interaktiv təlimi zamanı şagirdlərə sərbəst düşünmək, qruplarla işləmək, məsələlərin həllinə kompleks yanaşmaq, mövzulararası əlaqəni yaratmaq, təlim prosesini qiymətləndirmək sair öyrədilir. Kurikulumda bu baxımdan qrup işi, əməkdaşlıq, resurslardan istifadə, portofilo, əlaqələndirmə sair əhəmiyyəti xüsusi qeyd edilir: “Kimya fənn kurikulumunda məzmun standartları onların inteqrasiya cədvəlində (VII-XI) sinif şagirdlərinin sinfin sonunda əldə edəcəyi bacarıqlar, hansı mövzuların mənimsəniləcəyi dəqiq göstərilir. Kurikulumda kimya fənninin təlimin təşkilinə verilən əsas tələblər, təlimin təşkili formaları, sosial-pedaqoji şərtlər, psixolojididaktik şərtlər, təlim metodları öz əksini tapmışdır. Bütün bunlar müəllimin təlim prosesində bələdçilik fəaliyyətinin təşkili baxımından son dərəcə vacibdir. Məsələn, kurikulumda kimya dərslərində evristik metodun tətbiqi xüsusiyyətləri şərh edilib. Evristik metoddan IX sinifdə elektrolitlər qeyri-elektrolitlər mövzusunda istifadə olunub, bu metod təcrübə nümunəsində sınaqdan keçirilib. Eksperimentlə bağlı VIII sinifdə problemli mövzulara toxunulub, qarışıqlar kimyəvi birləşmələrin fərqləndirilməsi, allotropik modifikasiyaların xassələrinin tədqiqi, turşuların, əsasların duzların tərkibinin müəyyənləşdirilməsinə aid reaksiyaların tədqiqi sair öz əksini tapıb. Kurikulumda fənn üzrə təlimin planlaşdırılmasına dair nümunələrin verilməsi müəllimin işinin asanlaşdırılmasına, düzgün istiqamətləndirilməsinə xidmət edir. İllik cari planlaşdırma, məzmunun müəyyənləşdirilməsi, məqsədin müəyyənləşdirilməsi, strategiyanın hazırlanması, resursların seçilməsi sair məsələlərin şərhi müəllimlərə metodik kömək baxımından çox əhəmiyyətlidir. Şagirdlərin bacarıqlarının, təlim nəticələrinin qiymətləndirilməsi ilə bağlı məsələlər kurikulumda öz əksini dolğun şəkildə tapmışdır. Siniflər üzrə qiymətləndirməyə dair nümunələr bu sahədəki ciddi yeniliklərin əhəmiyyətini bir daha sübut edir. Kurikulumun inteqrativ səciyyəsi şagirdlərin əldə etdikləri bilik bacarıqlarda özünü göstərir. Belə ki, kurikulumda, haqlı olaraq, şagirdlərin fənn üzrə bilik bacarıqlarının digər fənlərlə bütöv məntiqi əlaqə əsasında mənimsənilməsi zəruri sayılıb. Bu zaman dünyada mövcud olan cansız canlı varlıqların ayrı-ayrı maddələrdən onların qarışıqlarından ibarət olması, təbiətdə mövcud olan maddələrdən başqa insanların özlərinin çoxlu yeni maddələr alması kimya fənninin fizika, biologiya, coğrafiya elmləri ilə əlaqəli şərhi diqqət mərkəzində saxlanılıb”. Nazir qeyd edib ki, kurikulumun inteqrativ xarakterli olması təlim prosesinin səmərəliliyini artırmağa, yeni təlim texnologiyalarından, fəal, interaktiv təlim metodlarından optimal istifadəyə, vaxta qənaət etməyə, təlim yükünün azaldılmasına, təlimə marağın yüksəldilməsinə, bilik bacarıqların kompleks şəklində mənimsənilməsinə imkan verir. Kimya fənni üzrə kurikulum müəllimi pedaqoji yaradıcılığa, konkret situasiyadan çıxış edərək, öz imkan şəraitlərinə görə təlim strategiyaları seçməyə, məktəblilərin tədqiqatçılıq fəaliyyətini təşkil etməyə istiqamətləndirir. Respublikamızın nüfuzlu kimyaçı alimlərindən praktik müəllimlərindən ibarət nüfuzlu işçi qrupu tərəfindən hazırlanmış, beynəlxalq standartlara cavab verən kurikulumun məqsədyönlü tətbiqi kimya təliminin müasir tələblər səviyyəsində təşkilinə, şagird şəxsiyyətinin formalaşmasında, məktəblilərə zəruri həyati bacarıqlar aşılanmasında bu fənnin imkanlarından optimal istifadə olunacağına inam yaradır.

Sevinc QARAYEVA

 





26.11.2012    çap et  çap et