525.Az

İstəyimiz – Ay işığı


 

İstəyimiz – Ay işığı <b style="color:red"></b>

KAMAL ABDULLANINLABİRİNTHEKAYƏLƏR KİTABI HAQQINDA

 

 

Kamal AbdullanınLabirintadlı kitabındakı hekayələr, doğrudan da, adamı labirintə, çıxılmazlığa salır. Ağlın, mifin  qəlbin gücü ilə yazılmış hekayələrdənLabirinthekayələr silsiləsinəhəyatla, düşüncəylə, ürəklə yazılmış hekayələrə, daha sonrasaBilgə əhvalatlarısilsiləsinə vardıqca başa düşürsən ki, doğrudan da, labirintdəsən, heç yana, heç yönə çıxışın yoxdur. Onda, bəs bu labirint nədir? Yoldur, hər təzə yola çıxış tapa-tapa uzaqlaşdıqca, sonu tapmaq eşqin, əvvəli itirmək əzabınla hesablaşmalı olur. Hər təzə yolun tapılışının bəxş etdiyi sevinc, itirdiyin yolların (ömrün) ağrısına bəs edirmi, vallah bunu, məncə, yazıçı da bilməz?

 

Nəyə görə K.Abdulla qələmini sınadığı bütün janrlarda uğurlu əsərlər yaza bilir? Kamal müəllimin bütün bədii əsərlərini oxumuş bir adam kimi bu sual məni düşündürdü. Qənaətim budur ki, o, hansı mövzuda yazırsa-yazsın  toxunduğu məsələni göstərmək yox, çözmək, əl atıb nüvəsindənniyəsiniçıxarmaqla məşğuldur. Onu antik insandan, bu gün öz bağında, “köhnə məhləsində oturub nərdtaxta oynayan, ömrün uzaqlığına baxan sadə insan da düşündürür. bu məsələləri çözmək onu heç aparıb günə çıxarmır”, əksinə labirintə salır. Kamal müəllimin labrinti Ernest Heminqueyin labirintini deyil, o hər yolun sonuna  təzə çıxış tapır. Kafkanın K- kimi  Qəsrçıxılmazlığında,  təcridxana (“Məhkəmə”) yolsuzluğunda qalmır,  həmin labirintdə çıxışsızlığın da yolu var. K.Abdulla insanın, hadisənin mahiyyətinə birbaşa enmir, hesablaşma sərgiləmir, o insanaha yavaş-yavaş, ha yavaş-yavaşçatmağa çalışır.

 

 

Labirintstrukturu

  

Sizə elə gəlməsin ki, K.Abdulla digər həmkarları kimiLabirintadlı hekayəsinin adını kitaba verib. Üç hissədən ibarət kitab – (“Hekayələr” (Bakı, 2009) kitabından, “Labirintsilsiləsindən Bilgə əhvalatlarısilsiləsindən) öz-özlüyündə bir labirint effekti yaradır.

 

Dəvə yağışı”, “Parisin seçimi”, “Son gəliş”, “Çəngəl çiçəyi”, “Adaşlaradlı hekayələr daxil edilmiş hissə ağlın, elmin, düşüncələrin düşündüklərinin nəticəsindən doğan mənzərələrdir. Elm ağıl.

 

Ay işığı”, “Kamera teatrı”,  Üçrəng pişik balası”, “Bir yay axşamı”, “Sirri-Zəmanə”, “Labirint”, “PəncərəBir sevgi hekayətiadlı hekayələrdəsə daha çox həyatla bağlı məsələlər çözülür. Həyat.

 

Qədiməli kişi onun bülbülü”, “Köhnə məhlə”, “Tumsuz nar”, “Uca qaya başındaadlı hekayələrsə xatirələr, xatırlamalarla nəql olunur. Xatirələr.

 

Elm ağıl, həyat, xatirələr. Normal təhsilli, həyat şəraiti olan bir insanın bütün həyatı bu üç çıxılmazlıqlardan, labirintdən ibarət deyilmi?

 

Kitabın xatırlamalarla şərh olunanBilgə əhvalatlarısilsiləsiylə sona çatması heç elə-belə deyil. Bəyəm insan öz xatirələrinin labirintində deyilmi? Nəyə görə uzun ömür yaşayan insanlar daim keçmişdən danışırlar? Çünki keçmişləri  gələcəklərindən böyükdür. Ona görə insan yaşadıqlarının  xatirələrindən qaça, uzaqlaşa bilmir. Bu effekti duymaq üçünsə kitabı tam oxumaq lazımdır. Kitab bu yolla həm yeni struktur təqdim edir.

 

Orxan PamukMənzərədən parçalarkitabında yazır: “Mən hələ ilk romanımCövdət bəy oğullarıyazarkən Pamuku oxuya biləcək oxucular yetişdirmək haqqında düşünürdüm, çünki indi türkcəm bir az problemli görünür, Türkiyədə  hələ yazı dilim mübahisə mövzusu olaraq qalır”. K.Abdulla yeni dil üsulu təqdim edir, bunu bəzən bilərəkdən edir, bəzən obrazların dili tələb edir. Nəticədə yazıçının öz oxucularıK.Abdullanın əsərlərini oxuya bilənləryaranır. Məncə, həmin oxucular əlini gözünün üstünə qoyub dilin daha uzaq sərhədlərini görür. Amma uzağı görməyənlər, Azərbaycan dilini qulağının gözünün alışqanlığı ilə sevənlər üçün bütün bu şahmat gedişləri qədər ağıllı dil gedişləri qüsur oyun təsiri bağışlayır.

 

 

Ay işığıhekayəsi

 

   

 

Ay işığıK.Abdullanın hekayələri içində ən çox sevdiyim öz ruhuma ən doğma bildiyim hekayədir. Ona görə yalnız bu hekayə haqqında yazmaq istədim. Qısaca sujeti nəql edim, Əşrəf bazarda çalışır, qardaşının oxuması üçün əlindən gələni əsirgəmir. Əşrəf qohum-əqrəbalarını, nəsillərini yaxşı tanıyır, sinə-dəftərdir ailələrinin keçmişini yaxşı bilir. Əşrəfin atasının xalası Arifə, bacısı oğlu Alının köhnə sevgilisi Pərini almaq eşqinə düşdüyünü biləndə belə bir yalan uydurur: – o gecə sən toyamı getmişdin, səhərə yaxın qayıdıb gəldin ha, mən bax, bu gözlərimlə bunları samanlıqdan çıxan gördüm. ... Ay işığı qəşəngcə düşmüşdü bunların üstünə, kölgələri həyətin tufarıyla əyilə-əyilə gedirdi, amma ətraf zülmət qaranlıq idi...

 

Alı gəncliyində Pərini sevib, amma Belorusiyada hərbi xidməti bitirib qayıdanda rəsmi arvadı, yəni Əşrəfin  anası ilə qayıdıb. Alının yolunu gözləyən Pəri isə bəxtindən küsərək ərə getməyib. Alının arvadı öləndən sonra Pərini alır, amma bu çox gec baş tutur. Belə ki, Arifə xala ölüm ayağında yalan danışdığını etiraf edir.

 

Əbdürrəhim bəy HaqverdiyevinAyın şahidliyihekayəsində Ay həqiqətin açılmasına xidmət edirsə, “Ay işığıhekayəsində gizlinlərin daha dərində saxlanmasını reallaşdırır.

 

Qəribədir, Alı illərdi tanıdığı Pərinin paklığına  yox, Ayın vasitəsilə uydurulmuş yalana inanır: “Ay işığı qəşəngcə düşmüşdü bunların üstünə”.

 

Həmişə təmizlik rəmzi kimi xarakterizə olunan Ay bu hekayədə xudbinliyin vasitəçisinə çevrilir.

 

Ay əsatirlərdə qadın simvolu olduğundan, sanki rəqib kimi, Pəriyə öz sevgisinə çatmaqda mane olur.

 

Hekayədə maraqlı bir məqam da var. Təhkiyəçi hekayənin baş qəhrəmanı olsa da, oxucu heç bir savadı olmayan Əşrəfi dominant sayır. Çünki hadisələri nəql edən oxumuş, savadlı olsa da, hekayənin süjeti gününü bazarda keçirən Əşrəfin danışdıqlarından ibarətdir. Yəni, baş rolda olan heç həmişə qəhrəman demək deyil.

 

BuAy işığıhekayəsindəki görümlülük, göstərmək dinamikası mənə  BethovenAy işığısonatasının yaranması haqqındakı məlum-məşhur məsələni xatırlatdı. Bir gün Bethoven  dostu ilə Viyana küçələrində gəzərkən piano səsi eşidir. Dostuna deyir ki, ifa edən kimdirsə peşəkardır. Gedib evin qapısını döyür ifa edəni görmək istədiyini bildirir. Gələnin kimliyini biləndə heyrətlənirlər. Bethoveni musiqi ifa olunan otağa aparırlar. Bethoven ifaçının kor olduğunu biləndə xahiş edir ki, ondan ehtiyacı olan bir şeyi istəsin, çünki ciddi-cəhdlə qıza kömək etmək niyyətindədir. Qızın istəyi isə dahiyanə əsərin yaradılmasına qığılcım olur:

 

Mən koram, mənə ay işığını başa sala bilərsizmi?

 

BethovenAy işığıadlı dahiyanə əsərini elə ifadə edir ki, kor qızın beynində Ayın təsəvvürü formalaşır sonralar qız Ayın formasının necə ola biləcəyini, necə işıq saçdığını tam dəqiqliyi ilə yaxın adamlara danışanda, insanlar dəhşətə gəlir.

 

Şişirtmədən deyə bilərəm, bu hekayədə olub-bitənlər insanın gözünün qarşısında birəbir canlanır maraqlıdır ki, hadisələr sənə real təsir bağışlayır. Kitabı yerə qoyandan sonra əsər oxumaq təsirindən daha çox, sənə yerli-yataqlı danışılmış hadisə təsirində olursan. Hətta bu dərəcədə öz mənzərəsi olan hekayətdir.

 

Elə hekayətlər var, onların mənzərələri yoxdu, oxuyursan, oxuya-oxuya əlində sadəcə kitab olduğunu hiss edirsən, elə hekayətlər var ki, öz mənzərəsi ilə səni hadisələrin içinə salır, obrazlarla ünsiyyətini qurur. Əşrəf, Arifə, Pəri, Alı bu dəqiqə mənim üçün məlum adamlardılar artıq.

 

Şükür, Bethovenin kömək etdiyi qız kimi kor deyiləm, amma istəyim kor deyil: “Kamal müəllim, yeniAy işığıdanışın”.
 





26.11.2012    çap et  çap et