525.Az

Ərənlər iqlimində- Ali Akbaşın şeirləri


 

Ərənlər iqlimində- <b style="color:red">Ali Akbaşın şeirləri</b>

Ali Akbaş bir südəmər körpə qədər məsum, dünya kirinə bulaşmamış zirvə qarı. Dəli rüzgarların qalxıb əl-ətəkdən sovurduqları toz-torpaq onun başınaçatsa da, orada qərar tutmaz: yenidən alçaqlara çökər. Çünki bu şairin başının” “Alisi var!

Türkün yanar həssas ürəyidir Ali Akbaş. Harda mükəmməl Türk baş qaldırsa, şairin mübarək başıbirə beşqat qalxıb zirvələnər! Qısaca desək, Ali Akbaş soyvarlığı ilə fəxr edən bir türk dəlisi! Türk soyunun dünyanın harasında abidəvi bir dədəsi ya ümidverici cavanı baş göstərsə, Ali bəy qartaldan qanad alıb, onun yanına pərvazlanar: gücü çatdıqca öyər onu, tərifindənyoruldumdeməz!

Türkün əbədiyyət köçündə gözü, naqis kimsələri görmək istəməz. Neyləməli?! Əsl insan xisləti belə yaranıb! Hanı, bir meşə söhbətimiz var... Meşənin palıdını, çinarını, pələngini görər!.. Kimin daxili dünyası nədən yoğrulubsa, bu aləmi aləmdəkiləri o bəsirət gözü ilə görməyə köklənər.

Bir sözlə, güllük-gülüstanlıq heyranıdır Ali Akbaş. Maraş dağlarının təbiətən şair oğludur!

Maraşda şair bir deyil, beş deyil! Maraşın mübarək torpağına bir ovuc qum atsan; toxuma dönər, xışımla çiçək açar: rüzgarın nəfəsində əlvan-əlvan çiçəklər şeir pıçıldar.

qədər çiçəyi varsa, o qədər şairi var Maraşın! Hər birisi mükəmməl! Bağrından qopduqları əzəmətli dağları hələ utandırmayıb bu cənnətin şairləri!

Yaxınlarda dünyasını dəyişmiş rəhmətlik Əbdürrəhman Qaraqoç günümüzün qocalıqda da cavanlar kimi odlu şeirlər yazmaqda olan Bahaəddin Qaraqoç qardaşları təkcə Türkiyənin deyil, bütünlüklə dünya türklərinin səngiməz sevgisini qazanmağı bacardılar!

İki qoçun başı bir qazanda qaynamaz!” deyib dədələrimiz. Müqəddəs məkan Qəhrəman Maraşı bir qazan təsəvvür etsək, bu bərəkətliqazandaneçə-neçə döyüşkən qoçun başı eyni zamandaqaynayıbda, yenə sağ-salamat söz meydanına çıxmışlar!

Bu heybətli qoç döyüşlərinin nəticəsindən Ali Akbaş qorxmadan, pəhsinmədən daxilindəki şairlik qasırğalarından təmkinli orijinal söz bəhrələri ilə öz varlığını göstərməyi bacarmışdır.

Ali Akbaşı Türkiyəyə ilk səfərimdə görüb dəyərləndirmişəm. Rəhmətlik vəkil ədəbiyyat pərvanəsi İbrahim Bozyelin dəvətlisi olaraq Ankaraya getdiyimdə məni qarşılayanlar arasında şair Ali Akbaş da vardı. Şairin saçlarına hələ dən düşməmişdi. Şəvə kimi sıx saçları onu çox gözəl göstərirdi!

Mərdanəliklə qol açınca dodaqları da səyriyə-səyriyə açıldı yanıqlı bir şeirinin havasında məni bağrına basdı.

zaman ki, Kərkük gəlir ağlıma,

Boğazlanan bir türk gəlir ağlıma.

Füzuli bağını viran edənin

Alnı üçün tükrük gəlir ağlıma.

Kərkükü Azərbaycan oğuzlarından ayırmadığı ulu Füzulini Azərbaycan türkünün qibləgahı bildiyi üçün böyük iltifatıyla məni qarşılayırdı bu mükəmməl şairimiz!

Bu yığcam şeirin misralarına hopan dərdin tüğyanına anındaca heyran kəsildim. Amma əfkarlı bir nöqtəyə qarşı dilimi saxlaya bilmədim:

Şair qardaşım! – dedim. – Gözəldir! Sizdə deyildiyi kimi, ağzına sağlıq, əlinə sağlıq! Amma gözünü sevdiyim Ali bəy, mübarək Füzuli ismi çəkildiyi bir qitədə onun adıyla yanaşı, iraq üzdən, “tükrüksözünü işlətmək, elə bilirəm, məqbul sayılmaz!..

lll

Cənnət Türkiyənin bir sıra vilayətlərini heyran-heyran dolanıb, qırx üçüncü gün Ankaraya qayıtdığımda o zamanlar Türk Xalq Bilimi Mərkəzinin dəyərli başqanı rəhmətlik Şükrü Elçin Bəyəfəndinin ziyarətinə getdim. Əhvallaşandan sonra mənə dedi ki, bizim Ali Akbaşı çox mütəəssir eləmisən. Şair mənə dərdini danışdı: “Xocam, universitetdə gərəkli dərsimi Sizdən almışam. Mənə nədən öyrətməmişsiniz ki, ulu kişilərin adını çəkərkən son dərəcə ehtiyatlı davranmaq gərəkdir?!”

      lll

Ali Akbaşın yaradıcılıq mayası qayəsi şirincə bir dastandır. O dastanın heç deyilsə bircə səhifəsini çevirib; sözü onun gözəlmi gözəl şeirlərinə verməyə çalışacağam.

Dediyim ən ibrətamiz səhifə Əlif qıza aiddir. Bu qız şair atasının daxili dünyasının dəqiq xülasəsiydi hələ körpəliyindən.

Bir səhər Ankarada Ali Akbaşlara baş çəkməyə gəldiyimdə həyətdə ancaq Əlif qızı gördüm. Deyəsən, nəsə oynamağa hazırlaşırdı. Məni görüncə oyunu gecikdirdi.

Sabahın xeyir, Əlif qızım!

Hər vaxtınız xeyir, bəyəfəndi!

Baban evdədirmi?

Hayır, əfəndim.

Hara getmiş olar?

Allah bilir, əfəndim.

Əlif qızla söhbəti bir qədər uzatmaq, onun şip-şirin dilinə heyranlığımın surəsini azacıq da olsa artırmaq keçdi könlümdən:

Yaxşı, Allah baba harda olar, Əlifciyim?

Əlif qız hiss olunacaq şəkildə tutuldu; sorğumdan qəfil incidiyini bəlli etdi. Xilqətən nur parçası olan sifəti baxışları açıqca buludlandı. Bu ovqatından doğan incik səsiylə mənə dərs verməyə başladı:

yerdə, göydə; harada arasanız, Allah baba orada! – dedi.

Mənə söz qalmadı ki!..

Mənim körpəliyim, arxasınca bütün ömrüm Allahın, onun Peyğəmbərinin müqəddəs varsa, hamısının yasaqlandığı sıxıntılı bir məkanda keçib; Əlif qız isə islami əxlaq çərçivəsində, iman içində!..

Xülasə, imanla mayalanmış nəslin örnək timsalını görürdüm Əlif qızın heyrətli cavabında...

      lll

Ali Akbaşın əsas mövzusu doyulmaz türklüyümüz abidəvi insanlarımızdır: Füzuliyə, Şəhriyara, Abdullah Turkaya, Osman Yüksəl Sərdənkeçdiyə həsr etdiyi ağrılı-acılı şeirlərində Ali Akbaşın soyuna doğmalıq duyğuları özünü aydın şəkildə biruzə verir...

Məmməd ASLAN 



Söz düşmüş payıma Bəzmi-Ələstdə,

Bir vəfasız yara oldum dilbəstə...   

Ali AKBAŞ


FÜZULİ

Bir yaz gecəsində göy parıl-parıl:

Füzuli məhtabdan şeir sağarmış.

                

Onun ilhamına güc vermək üçün

Ay daha gec batar, erkən doğarmış.

                 

Kimsə qapısını döyməzmiş, amma

vəfakar ilham pərisi varmış!

                

Əlləri kəhrəba, üzü kəhrəba,

Barmaqları qələm qədər kibarmış.

                

Şairin alnından öpmək eşqiylə,

Bəzən Ay DƏDƏ yerə axarmış...

                 

O çağda göyləri dolduran əsrar

Bir ipəkcik könülcüyə sığarmış.

                

Kimsəsiz vadidə Leyla ardınca

qədər aşiqin saçı ağarmış...

                

Bir qutlu gecədə sabaha qədər

Şam bitərkən o, şeirini qurtarmış.

                

Bir axarlı kağız incəmi, incə!

Yarı dünya, yarı axrət qoxarmış:

                

Əbədi yuxuya dalmadan öncə

Qızıl qələmini onunla sarmış.

                

Akbaşıyla bəxti-siyahıyla

Qozasını hörmüş* Füzuli yaz-qış.

                

ŞƏHRAYİN

(Şənlik şöləni)

                 

Yenə bir vəlvələ qopdu səhərdə

Göyə atəş vurdu bir həzin pərdə.

Alovlar içində açıldı pərdə

Bülbül yana-yana çatdı vüsala.

                

Kərbəla çölündə cəm oldu hər kəs,

Hər soydan, hər dildən neçə yanıq səs!

Şeirlər oxudu, tutuldu nəfəs;

Karvanın önündə Kərəm məşələ...

                

Kərbəla torpağı indi buxurdan,

Davudi bir səda yüksəldi birdən:

Məzmurlar oxunur yenəZəburdan,

Dağ zirvələrindən qopan şəlalə.

                

Fərhad dağ yerinə qəlbini dəlmiş:

Şirin, necə şirin, necə gözəlmiş!

Əsrlər ardından bu günə gəlmiş,

Əslinin çevrəsi alovdan halə.

                

Leylanı tapmaq zor bu şəhrayində;

Tapıb ölmək üçün Xaki-payında.

Neçə Məcnun inlər səri-kuyində:

Kakülü mor sünbül, yanağı lalə.

                

Başladı Füzuli dastani-eşqə:

Dedilər: bu türkün aləmi başqa! –

Dilimin bayrağı yüksəldi ərşə;

Ulduz yandaş oldu göydə hilalə!

                

Küdümlər dəm tutdu, neylər inlədi;

Didələr yaş tökdü: çöl sərinlədi.

Aşiqlər sultanı afərin dedi

Xəyyam göründü əldə piyalə.

ŞƏHRİYARA SALAM

                

Şeirini oxuyunca necə hirsləndim,

Qələm aldım, mən sənə səsləndim.

Cavab versin Səmərqəndim, Daşkəndim:

Əsib susmuş bir dəlicə yelmiyik?!

Kimsə bilməz tanışmıyıq, elmiyik...

                

Türkcə söylə, Heydərbaba küsməsin;

Dost bağında xoryat yeli əsməsin!

İstanbuldan duyulmada gur səsin;

Söylə, söylə, hey dilini sevdiyim!

Yerin, yurdun, hey elini sevdiyim!

                

Sözlərində buram-buram həsrət var;

Oxuyunca oba qoxar, yol qoxar!

Heydərbaban bizələrə baş yadigar;

Dilərəm: şairəm, ömrüm uzansın!

Uca millətinə dastan yazansan!..

                

Söylə yenə, bülbül dilli Şəhriyar!

Qəlbim göynər: aramızda dağlar var...

Dağlar nədi, qırılası bağlar var:

Kor olası, məni mənə el edər;

Könül istər, əlim yetməz, dəl edər.

                

Qırğız desən, Qazax desən, el olmaz;

Üç günlük dünyada qula qul olmaz!

Qızıl yerə düşsə, saxta pul olmaz!

İgid atdan düşər, yenə atlanar!

Qəfəslər dağılar, quş qanadlanar!

                

Vəfalı yar ümid kəsməz yarından!

Çiçək baş qaldırar qışın qarından!

Gün gələr: Çənlibel üfüqlərindən

Qoç Koroğlu Qıratını əsdirər!

Qaçqınlaın ağısını kəsdirər!..

                

ŞƏHRİYARA ƏLVİDA

                

Dahilərə dünya dar gəlmədə, dar...

Onlar göy üzündə pərvaza çıxar!

Bəlkə xilqətlə avaza çıxar;

Qırar qanadını sərt rüzgar, ölür.

                

Haralarda qaldı şairi-zişan?!

Neyçün susdu bülbüllərlə yarışan?!

Son şair, son nəfəs, halı pərişan,

Son həmləni gözlər, sənətkar ölür.

                

Yağmurla yıxayın; buluda sarın;

Əvvəl gedən kəslər”, salama durun!

Füzuliyə qonşu bir otaq qurun! –

Qorqud Ata oğlu Şəhriyar ölür...

                

Şair göyüzünü maviyə boyar,

Vaxtlı, ya vaxtsız bir ulduz kayar,

Şəhriyar yox deyə erkən yağdı qar:

Bağçada çiçəklər tarimar, ölür.

                 

Qərib bülbül əriyər , səs olar;

Bağban ağlar, xas bağçada yas olar;

Gözyaşları çəmən üstə süs olar:

Bəyaz saçlarıyla bir bahar ölür...

                

Rəhmət o könüllər aşinasına!

İranı-Turanı qatdı yasına...

Əksi-səda gəlməyincə səsinə,

Göyüzündə felli durnalar ölür.

                

...Yaşlı üfüqlərdən tar səsi gəlməz,

Atam Şəhriyarın gur səsi gəlməz.

Aləmdə kim ölsə, aşiqlər ölməz,

Sanmayın, sanmayın Şəhriyar ölür!..

                

Çalar ömrümüzün həzin saatı,

Can dediyin ki? – Bir gül dəməti!

Haqqa təslim edir o əmanəti,

Rindlər son nəfəsdə bəxtiyar ölür.

                

Təbrizə gedəlim!.. Yol hara, dağlar?

Atası ölərsə, el qara bağlar.

Akbaş ölsə, yalnız anası ağlar,

Şəhriyar ölərsə, bir diyar ölür.

                

    ŞEİR

                

Ey şeir, qanayan yaramsan mənim,

Köksümün üstəsən, görən gül sanar.

Ağımsan, fəryadım, nərəmsən mənim! –

Uzaqdan duyanlar bir bülbül sanar.

                

Söz düşmüş payıma Bəzmi-Ələstdə,

Bir vəfasız yara oldum dilbəstə.

Çarpınıb duraram bu dar qəfəsdə;

Demərəm dərdimi, təhəmmül sanar...

                TÜRKÜLƏR

(xalq mahnıları)

                             

Yetik Ozanın əziz xatirəsinə.

                

Min ildə yoğurduq hər yarpağını,

Üzüyə qaş etdik Ağrı dağını!

Dünyaya dəyişməm biraxsağını”,

Könlümə görədir bizim türkülər!

                

Türkülər bilirəm Vanlı, Yəmənli;

Yəmənin yolları güllü-çəmənli

Söyləmiş gəlinlər gözləri nəmli

Künyadır, kuradır bizim türkülər.

                

Qovruldum atəşdə, sızladım qəmdə,

Ayrı bir havada, ayrı məqamda.

Bir gəlini sel aparmış Muğanda;

Sellərdə Saradır bizim türkülər.

                

Yıxılmış nəfəsi, boğulmuş bağlar,

Davullar ah çəkər, zurnalar ağlar.

Könülsüz gəlindir, yol verin, dağlar;

Bir bəxtiqaradır bizim türkülər.

                 

Bizim qızlar tapmayınca dəngini,

Kimi türkü yaxar, kimi kəndini.

Bahar seli kimi yıxar bəndini,

Bir qanlı dərədir bizim türkülər.

                

Ay qaranlıq, tapammamış yolunu,

Səfərbərlik yaman bükmüş belini.

Qaranlıq gecədə bilsən dilini:

Zülmətdə çıradır bizim türkülər.

                

Zəmilər biçilər, toy-düyün olar;

Payız gün qısalar, bir süyüm olar.

Hər çeşmə başında qırx güyüm olar:

Növbətdir, sıradır bizim türkülər.

                

Əlif ördək olub, göllərdə üzər,

Suyun aynasında saçını çözər;

Ceyran arxasınca ovçular gəzər,

Gör hardan-haradır bizim türkülər.

                

Suları ürpədən bir nida olar,

Əksisəda verən Altındağ olar.

Bir mərhaba olar, əlvida olar,

Bir qutlu törədir bizim türkülər!

                

Veysəl susar, Davud gör nələr eylər;

Krımdan gələrkən sərdarı söylər.

Obası, kəndlisi hünkarı söylər,

Fərmanda tuğradır bizim türkülər!

                

Koroğlu dağlarda qalarmı naçar?!

Xızır hümmət elər, quş olub uçar!

Bəylər unudarsa, Kəloğlan açar,

Sehrli süfrədir bizim türkülər!

                

Min dərədən su daşımış ələklə,

Min sənədir qovğası var fələklə...

Dırmanır belində ağır şələklə:

Ağrıdır, Xıradır bizim türkülər!

                

Bülbül kimi gül şaxında dəm çəkər,

Qara gündə qəm dağıdar, qəm çəkər.

Türkülərin çəkdiyini kim çəkər?!

Karvanda buğradır bizim türkülər!

                

Toplansın aşıqlar çağrım üstünə,

Ağrı tapılarmı ağrım üstünə?!

Qara saplı bıçaq bağrım üstünə;

Səngiməz yaradır bizim türkülər.

                

Nəğmələr dəlisi Sarısözəni

Anmayınca tutmaz sazın düzəni.

Türkülər dalınca gərmiş Firanı;

Bəlxi-Buxaradır bizim türkülər.

                

Bağlama dediyin: üç tel, bir taxta:

şaha baş əymiş, tacı-taxta!

Min bir ah toplamış tək bircə ahda:

Bozqırda nərədir bizim türkülər!

MÖMİNƏ XATUNA QƏZƏL

                

Böyük Səlcuqlu Sultanı Alpsalan

Xanın anası Möminə Xatunun türbəsi

Naxçıvandadır

                

Nolaydı, mən yenə cavan olaydım;

Naxçıvanda bir bağiban olaydım!

                

Sultanıma gül dərəydim hər səhər,

O güldükcə mən xəndan olaydım.

                

Onun iffətinə, nəzakətinə

Qəsidə yazaydım, heyran olaydım.

                

Bir gül kimi gülən o məhluqayə

Bir çarə tapaydım, dərman olaydım!

                

Sultanlar doğuran heyranisənin

Asitanasında pasiban olaydım.

                

Ak başımla əllərindən öpəydim,

Bir gün sarayında mehman olaydım!..

DAĞLARA DASTAN

                

Gözəllərin yaylağıdır,

İgidlərin oylağıdır,

Yel vurar, fikir dağıdır,

Sazı qucaqda dağların.

                

Gözəl gördüm, keçsəm hardan,

Busə aldım nazlı yardan,

Qışda halva çalar qardan,

Közü ocaqda dağların.

                

Şimşəklər yalar döşünü,

Almaz edər hər daşını.

Qızarsa, çatar qaşını:

Əli bıçaqda dağların.

                

Hər dağ sanki bir şahsüvar:

Saz çalar, qərəmət sovar!

Koroğlu kimi oğlu var,

Guşə-bıçaqda dağların.

Bağrını Fərhad dələli

Dağların başı bəlalı.

Gün vurar, artar cəlalı

Köksü şəfəqdə dağların.

                

Ətəyi elin ovası,

Təpəsi qartal yuvası!

Min dərdə dərman havası

Yazda, sıcaqda dağların.

                

Yaranı var, yoldaşı var,

Kimsə bilməz yaşı var...

Mənim kimi Akbaşı var

Ağlar uzaqda dağların.

                

BAŞÖRPƏYİ

(Yaylıq)

                

Yəmənidir, yaşmaqdır,

Bayraqdır başörtüsü.

İndi öz vətənində

Dustaqdır baş örtüsü.

                

Zülümdür, gələr-keçər,

İmanlı qalmaz naçar!

Tənha sularda açar

Zambaqdır başörtüsü.

                

...Yenə yollar kəsildi:

Dərsxanalar basıldı;

Bir qız gözünü sildi

İslaqdır başörtüsü.

                

İdeallar, arzular,

Yasağa necə sığar?!

Hər gün yenidən doğar

Şəfəqdir başörtüsü!

                

Düşmə arsız izinə;

Baxma yalan sözünə!

Bacımın gül üzünə

Yarpaqdır başörtüsü.

                

O namərdlər naşıdır:

görür, eşidir.

Bu bir kimlik işidir:

Bir haqdır başörtüsü!

                

Kənarı əl hörgüsü!

Namusun tel hörgüsü!!

Nənə Xatunun süsü

-pakdır baş örtüsü!..

                

MARAŞ GÖZƏLİ

                

Yad eldə başım bəlada,

Yeddi yerdən yarayam, oy!

Yola baxar yar sılada!

Düşə-qalxa varayım, oy!

                

Dağa yağan doluyam mən;

Dağda yayla yoluyam mən;

Toxuduğun xalıyam mən,

Alnındakı lirayam,2 oy!

                

Xırman oldum, sovur məni,

Teşinə sal, əyir məni.

Yaxdın ağır-ağır məni,

Alov-alov çırayam, oy!

                

İp bükənim, kül tökənim!

Bərəkətli tarlam mənim!

Qara qızım, tunc bədənim,

Saçındakı turayam,3 oy!

                

Un al, xamur yoğur mənə,

Doqquz oğul doğur mənə!

Kətən olayım Urbana.

Allı-pullu sarayım, oy!

                

Akbaşım der, gəl Maraşlım!

At çalımlım, qanad qaşlım!

Sünbul saçlım, uca başlım,

Çağın keçərderəyəm, oy!

YARPAQ BOYDA ŞEİRLƏR

                

Həsrət

                

Mən dağlar başındayam,

Sən bağlar başındasan.

Mənim saçım ağardı,

Sən sevda yaşındasan...

                

Tuyuq

                 

Göz görər, biçarə könlüm dərd çəkər,

Cövrünü mən, nəşvəsin namərd çəkər.

Həsrətin tən içrə canım bezdirər;

Min şükür, səbrim, qürurum sədd çəkər...

                

Həsbi-hal

                

Artıq yuxular da tərk etdi məni,

Sonaları uçmuş bir göl kimiyəm.

Söylə, kimsən aynadakı ixtiyar? –

Nədən böylə özümə el kimiyəm?!

                           

Ey süxən

                

Mən Kəpəm, o Əslixan

Məmləkəti: İsfahan.

Qılavuz ol, ey süxən:

Gedəlim o diyara,

Düşəlim kuyi-yara!

               Süleymannamə

                

Bu ayaqlar səninmi, Süleyman?

Bu ayaqlar necə ayaq?!

Hadi, yorğana sığdı, deyəlim;

Məzara necə sığacaq?!

Dolapnamə

                

Bu dünyada dolap-dolap içində,

Haram var evlərin hər kərpicində.

Heyif ki, bizdəndir baltanın sapı,

Günah aramayın elin biçində!...

Əyrilər

                

Hər gələnin keyfi üçün

Boyun əydin hər gələnə.

Sən çızdın bu əyriləri;

Cədvələ , pərgərə ?!

                

Fikri-sabit

                

Hara getsəm, ilaclarım yanımda,

Artıq ölüm bir fikri-sabit kimi.

Yerli-yersiz yapışır ətəyimdən,

Gözləyir qapımda bir zabit kimi...

                

Manilər

(bayatılar)

                

Eləziz əziz şəhər,

Suları ləziz şəhər!

Muradı Fərat olmuş;

Fəratı dəniz şəhər.

lll

Hey pinar, soyuq pinar

İçində balıq donar.

Dərd üstdən min dərd verər:

Bu fələk bizi sınar.

lll

Harputun Xəzəri var,

Ulular məzarı var.

Atamız Fetəhmədin

Yoxsula nəzəri var.

                

XORUATLAR

                

(Kərkükdə bayatıyaxoruatdeyirlər)

                

Gül dəmi,

Bülbül dəmi, gül dəmi.

Məni bayıldan qoxu

Köksündəmi, güldə mi?!.

lll

Ay yarımı,

Yanağın Ay yarımı!

Aylar keçdi aradan.

Görmədim, ay, yarımı...

lll

Yanarsan,

Ya heyvəsən, ya narsan;

Aylar keçdi, anmadın,

Yaxma məni, yanarsan!

lll

Göy sudadır,

Ay göydə, göy sudadır.

Çıxma, ceyranım, çıxma! –

Kölgələri sudadır:

Ovçular pusqudadır...

 





26.11.2012    çap et  çap et