525.Az

Xorvatiyada müxalifətin namizədi prezident seçildi


 

Xorvatiyada müxalifətin namizədi prezident seçildi<b style="color:red"></b> Xorvatiyada keçirilən prezident seçkilərinin 2-ci turunda müxalifətdəki sağ-mərkəzçi Xorvatiya Demokratik Birliyi Partiyasının namizədi Kolinda Qrabar Kitaroviç qalib gəlib.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, mövcud prezident İvo Yosipoviç məğlubiyyətini etiraf edib. “Hər şey bitdi, xanım qələbə çaldı”, - deyə o, söyləyib.
 
İlkin məlumatlara əsasən K. Qrabar Kitaroviç 50,42%, İ. Yosipoviç 49,58% səs alıb. İlk turda İ. Yosipoviç 38,48%, K. Qrabar-Kitaroviç isə 37,18% səs toplamışdı. 
 





12.01.2015    çap et  çap et