525.Az

17 yaşlı nişanlı qız intihar etdi


 

17 yaşlı nişanlı qız intihar etdi<b style="color:red"></b>

Bu gecə Sabirabad rayonu Yolçubəyli kəndində intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü Töhvə Əfqan qızı Ağammədova yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.

Hadisə baş verərkən qızın valideynləri evdə olmayıb. Onlar məsciddən gələrkən qızı evdə tapmayıblar. Axtarılan gənc qızın meyiti çardaqdan asılmış vəziyyətdə tapılıb.

Qızın qohumlarının verdikləri məlumata görə, T.Ağammədova nişanlı olub. Lakin qız başqa oğlanı sevirmiş. İntihara da 17 yaşlı qızın istəmədiyi oğlanla nişanlanmasının səbəb ola biləcəyi ehtimal edilir.

Faktla bağlı istintaq gedir.

 





26.11.2012    çap et  çap et