525.Az

Con Kerrinin avtomobil korteci qəzaya uğrayıb


 

Con Kerrinin avtomobil korteci qəzaya uğrayıb<b style="color:red"></b>

ABŞ dövlət katibi Con Kerrinin avtomobil korteci Hindistanın Əhmədabad şəhərində hava limanına gedərkən qəzaya uğrayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.
 
Onun sözlərinə görə, kortecdə qəzaya uğrayan iki avtomobilin birində Con Kerriolub.
 
C. Psaki qeyd edib ki, ABŞ dövlət katibi və onu müşayiət edənlər xəsarət almayıblar.
 
C. Psaki hadisənin necə baş verməsi barədə tam açıqlama verməsə də, avtomobillərdən birinin sıradan çıxdığını, C. Kerrinin yola başqa avtomobildə davam etdiyini deyib.

 





12.01.2015    çap et  çap et