525.Az

Moskvada bazarda azərbaycanlılar arasında atışma olub, 1 nəfər ölüb


 

Moskvada bazarda azərbaycanlılar arasında atışma olub,<b style="color:red"> 1 nəfər ölüb</b>

Rusiya paytaxtında azərbaycanlılar arasında silahlı insident baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə bazar günü “Mojayskiy val” küçəsində yerləşən bazarda qeydə alınıb.
 
Bazarın içindəki kafedə bir qrup azərbaycanlı arasında mübahisə düşüb. Nəticədə mübahisə edənlərdən biri odlu silaha əl atıb. Adı hələlik açıqlanmayan 43 yaşlı azərbaycanlı qətlə yetirilib. Onun təcili tibbi yardım maşınında dünyasını dəyişdiyi bildirilib.
 
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 
Qeyd edək ki, keçən həftənin şənbə günü də Moskvada azərbaycanlılar və şimali qafqazlılar arasında silahlı insident baş verib. Ortadnoe rayonunda baş verən hadisə zamanı bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilib.

 





26.11.2012    çap et  çap et