525.Az

Mahmud Abbasın Türkiyəyə rəsmi səfəri başlayıb


 

Mahmud Abbasın Türkiyəyə rəsmi səfəri başlayıb<b style="color:red"></b> Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri başlayıb.
 
APA-nın “Sözcü”yə istinadən məlumatına görə, M.Abbasın rəhbərlik etdiyi nümayəndə heyətini “Esenboğa” Hava Limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankara valisinin müavini Mehmet Ali Ulutaş, Fələstinin Türkiyədəki sabiq səfiri Nebil Maluf və səfirlik nümayəndələri qarşılayıb. Qonağın şərəfinə fəxri qarovul düzülüb.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Prezident Sarayına gedən Fələstin liderinin şərəfinə xüsusi mərasim təşkil olunub.
 
Soyuq hava şəraitinə görə sarayın içində baş tutmuş mərasimdə qonağı tarixi geyimlərdə olan və  16 türk dövlətinin əsgərlərini xarakterizə edən mühafizə dəstəsi qarşılayıb.
 





12.01.2015    çap et  çap et