525.Az

Ukrayna üzrə zirvə toplantısı təxirə salındı


 

Ukrayna üzrə zirvə toplantısı təxirə salındı<b style="color:red"></b> Yanvarın 15-də Astanada nəzərdə tutulmuş Ukrayna üzrə dövlət başçıları səviyyəsində “normand formatlı” görüş təxirə salınıb.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa parlamentinin xarici işlər üzrə Komitəsinin sədri Elmar Bruk bildirib.
 
“Bu həftəyə planlaşdırılan görüş baş tutmayacaq”, deyə E.Brok bildirib. Onun sözlərinə görə, Milanda olduğu kimi, dövlət başçıları mütəmadi bir araya gəldiklərinə baxmayaraq nəticə əldə edilmir. 
 
E.Brok qeyd edib ki, ilk növbədə, Ukrayna-Rusiya sərhədini möhkəmləndirmək zəruridir: “ Məhz bundan sonra məhsuldar danışıqlar mümkündür”.
 
Qeyd edək ki, “Normand dördlüyü”nün (Ukrayna,Rusiya, Fransa,Almaniya) xarici işlər nazirləri yanvarın 12-də Berlində görüşüblər.
 





13.01.2015    çap et  çap et