525.Az

"Start" başlayır


 

"Start" başlayır<b style="color:red"></b>

“Nizami” kinotetarında Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Cinema” Gənc Kinomatoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə  28, 29, 30 niyabr tarixlərində keçiriləcək Gənclərin Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirilib. “Start” Film Festivalı İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşir.

525.az-ın məlumatına görə, festivalın yaranma tarixindən bəhs edən  
"Sinema" Araşdırmalar Mərkəzinin rəhbəri Feyruz Şamıyev festivalın ildən ilə əhatə dairəsini genişləndiridiyini bildirib. Yarışmanın bu il də bir çox yeniliklərlə yadda qalacağını vurğulayan Feyruz Şamıyev Qafqazın ən böyük qısametrajlı film yaşırması olan “Start” –a bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Qazaxıstan, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukraniya, Sebiya, İslandiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya ümumilikdə isə 20 ölkədən 250- dən çox film göndərildiyini mətbuat nümayəndələrinin diqqətinə çatdırıb: “Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib.
 
Festvalda daha bir yenilik “Yerli” və “Beynəlxalq” yarışma proqramının olmasıdır. “Yerli” film müsabiqəsinin festivala əlavə olunması ilə  yerli müəlliflərə öz istedadlarını göstərmək şansı veriləcək. Müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış film festivallarında mükafat almış kinematoqrafçılar  və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək”.

Festivalda iki –“Yerli” və “Beynəlxalq”  müsabiqə proqramı olduğu üçün münsiflər heyətinin üzvlərinin  də bu proqrama əsasən seçildiyini vurğulayan F.Şamıyev “Yerli” müsabiqədə filmlərin kinorejissor Elxan Cəfərov, İlqar Safat və “New Baku Post” qəzetinin təsisiçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcəyini bildirib. VIII “Start” Gənclərin Beynəlxalq Film Festivalının Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunduğunu deyən F. Şamıyev beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri də ancaq yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan ibarət olacağını bildirib: “ “Beynəlxalq” müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti seçəcək. Yeniliklərimizdən biri də məhz budur ki, jüri heyətinin beşi də xanımlardan ibarət olacaq. Onlar Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert, jurnalist İlhamiyyə Rza, rusiyalı peodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolbergerdir”.  Bildirilib ki, müəlliflərin ekran əsərləri “Ən yaxşı bədii film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film”, “Ən yaxşı film –Qran Pri” uğrunda yarışacaqlar.

GÜNEL

 





26.11.2012    çap et  çap et