525.Az

Barak siyasətdən getdi


 

Barak siyasətdən getdi<b style="color:red"></b>

İsrailin müdafiə naziri Ehud Barak siyasətdən getdiyini açıqlayıb.

Barak seçkilərə qədər vəzifəsində qalacağını deyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ehud Barak 1959-cu ildə İsrail ordusuna qoşulub. İbranicə "ildırım" mənasına gələn Barak soyadını da orduda xidmətə başladıqdan sonra götürüb. 1995-ci ildə daxili işlər, 1996-cı ildə xarici işlər naziri vəzifəsini tutub.

1996-cı ildə Knessetə seçilib və Əmək Partiyasının lideri olub. 17 may 1999-cu ildə baş nazir seçilib. 2001-ci ilin martında vəzifəsini başa vurub.

18 iyun 2007-ci ildə yenidən Əmək Partiyasının sədri seçilib, qısa müddət sonra müdafiə naziri vəzifəsinə gətirilib. 3 yanvar 2009-cu ildə İsrailin Qəzzaya hücum hərəkatının əmrini də o verib.

 





26.11.2012    çap et  çap et