525.Az

Bəzi ərazilərdə qar yağacaq


 

Bəzi ərazilərdə qar yağacaq<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında noyabrın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal küləyi gündüz arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında noyabrın 27-də arabir yağış yağacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-8, gündüz 9-14, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
 
Noyabrın 27-28-də Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





26.11.2012    çap et  çap et