525.Az

Həmsədrlər bəyanat verdilər


 

Həmsədrlər bəyanat verdilər  <b style="color:red"></b>

“Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər” 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bölgəyə səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər. APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, səfər zamanı həmsədrlər oktyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyaları müzakirə ediblər: “Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər”.     
 
Həmsədrlər onların belə mürəkkəb dövrdə bölgəyə, xüsusən noyabrın 21-də Zəngilan və Cəbrayıl rayonlarına səfərlərini asanlaşdırdığı və atəşkəs rejiminin müşahidəsi ilə əlaqədar A. Kasprşik və onun komandasına minnətdarlıq ediblər.

 





26.11.2012    çap et  çap et