525.Az

Azyaşlı qızın ölümü Türkiyəni şoka saldı


 

Azyaşlı qızın ölümü Türkiyəni şoka saldı

Türkiyə dünən gecədən bəri bu balacadan danışır.

Türkiyənin Şanlıurfa bölgəsində dünən gecə muncuq udaraq ölən 3 yaşlı Dilan hələ çox müzakirə ediləcək. Tvitterdə "#DilanaNeOldu" haştaqı altında edilən müzakirələrdə balaca qızın zorlandığı iddia edilir. Iddialara görə, həkimlər bunu bilsələr də, onlara edilən təhdidə görə susurlar.

Evlərinin qarşısında oynayarkən yoxa çıxan Dilanı ailəsi az sonra yerə yıxılmış halda tapıb. Xəstəxanaya aparılsa da, uşağın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada azyaşlının təcavüzə məruz qaldığı iddiaları yarandığı üçün Dilanın ölümüylə bağlı araşdırmalar başlayıb.

Mövzu artıq Türkiyə Böyük Millət Məclisində də müzakirə edilib.

 





12.09.2012    çap et  çap et