525.Az

Musa Quliyev Soyün Sadıqovu suçladı


 

Musa Quliyev Soyün Sadıqovu suçladı<b style="color:red"></b>

Musa Quliyev Söyün Sadıqovu Rusiyanın müəyyən “layihələrini” həyata keçirməkdə suçladı

"Söyün Sadıqov çox şübhəli reputasiyaya malik bir şəxsdir. O, ümumiyyətlə Azərbaycan vətəndaşı deyil və onun doğru-dürüst hansı ölkənin vətəndaşı olduğu bilinmir".

525.az-ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasından  (YAP) olan millət vəkili Musa Quliyev Rusiya Azərbaycanlıları Təşkilat İttifaqının (RATİ) təsisçilərindən olan Söyün Sadıqovun  Rusiyada yaşayan və fəaliyyət göstərən erməni diasporu ilə əməkdaşlıq sazişi imzalamasına münasibət bildirərkən dilə gətirib.

Millət vəkilinin qeyd etdiyinə görə, heç kim S.Sadıqova səlahiyyət verməyib ki, kimlərləsə görüşsün və saziş imzalasın:

“Biz, eyni zamanda S.Sadıqovun bu addımına da bir o qədər qarışa bilmərik, ancaq bir məsələ var ki, diaspor məsələsi ilə özfəaliyyət səviyyəsində məşğul olmaq olmaz. Bu məsələ Azərbaycan dövləti və onun müvafiq orqanları ilə koordinasiya şəklində həyata keçirilməlidir.

Qeyd edim ki, erməni diasporu və icması ilə müəyyən təmaslar həyata keçirilir və bu prosesdə iştirak edən şəxslərdən biri də hörmətli deputat həmkarımız, Dağlıq Qarabağın Azərbaycanlı icmasının üzvü Rövşən Rzayevdir. Bununla belə, görünür S.Sadıqov Rusiyanın müəyyən maraqlarını və həmin maraqlar üzərində qurulan layihələri, sifarişləri yerinə yetirir. Ancaq o bilməli və unutmamalıdır ki, onun bu cür anti-Azərbaycan yönəlik addımları ona başucalığı gətirmir və sonunda zərəri onun özünə dəyəcək”.

Kamil Həmzəoğlu

 





26.11.2012    çap et  çap et