525.Az

Suriya Türkiyə ilə sərhədi bombaladı


 

Suriya Türkiyə ilə sərhədi bombaladı<b style="color:red"></b>

Suriyanın hərbi təyyarələri Türkiyə ilə sərhəddə Azad Suriya Ordusunun nəzarəti altında olan mövqelərini bombalayıb.

Suriya tərəfinin iddialarına görə, həmin ərazidə Suriya müxalifət tərəfdarlarının qərargahı yerləşirmiş. Təxminən 1 saat davam edən bombardman zamanı çox sayda ölü və yaralananlar olub.

Qeyd edək ki, bu sərhəddəki ərazilərdən başqa Bəşər Əsəd tərəfdarlarının hərbi təyyarələri dünən Şam yaxınlığındakı Dəyr əl Asafir ərazisində oynayan uşaqları hədəf alıblar. Nəticədə 10 uşaq həlak olub.

ANS Press

 





26.11.2012    çap et  çap et