525.Az

Nazirdən prezidentin sərəncamı ilə bağlı tapşırıq


 

Nazirdən prezidentin sərəncamı ilə bağlı tapşırıq<b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir Heydər Əsədovun rəhbərliyi və nazirliyin müvafiq struktur bölmələrinin məsul işçilərinin iştirakı ilə keçirilən iclas 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”elan edilməsi haqqında prezidentin sərəncamının icrası ilə bağlı  qarşıya qoyulan tədbirlərin həyata keçirilməsinə həsr olunub.

İclasda çıxış edən nazir 2015-ci ilin “Kənd təsərrüfatı ili”elan edilməsi ilə əlaqədar prezident İlham Əliyevə kənd əməkçiləri adından minnətdarlıq etmiş və nazirliyin üzərinə mühüm vəzifələr qoyulduğunu bildirib. H. Əsədov  qısa müddətdə tədbirlər planının hazırlanması ilə əlaqədar struktur bölmələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Daha sonra tədbirlər planının hazırlanması ilə bağlı geniş fikir mübadiləsi aparılmış və çıxış edən struktur bölmələrin rəhbərləri öz təkliflərini irəli sürüblər.

 





16.01.2015    çap et  çap et