525.Az

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri 2 birgə təlim keçirəcək


 

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri 2 birgə təlim keçirəcək<b style="color:red"></b> Bu il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlim keçiriləcək.
 
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
 
«İşıq-2015» və «Anadolu Qartalı-2015» təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.
 
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərə də qatılacaqlar.
 
Qeyd edək ki, 2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında Qars (Türkiyə) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi, 2014-cü ilin sentyabr-oktyabr aylarında isə ilk dəfə Azərbaycanda Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin təlimi keçirilib.
 





16.01.2015    çap et  çap et