525.Az

Ermənistan prezidentinə sərt sual verən fransız jurnalist hədələnib


 

Ermənistan prezidentinə sərt sual verən fransız jurnalist hədələnib<b style="color:red"></b>  Fransanın “Tribune de Lyon” qəzeti Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə səfəri zamanı baş verən insidentlə bağlı məqalə dərc edib.
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “France 3” telekanalına müsahibəsi zamanı jurnalist Olivye Mişelin sualı Sarkisyanın xoşuna gəlməyib.
 
“Mən ondan ölkədəki korrupsiya və Ermənistanın Suriyadakı rejimə dəstəyi barədə soruşdum”, - deyə jurnalist yazır. Bu sual müsahibədən sonra gərgin atmosfer yaradıb: “Tərcüməçi mənə yaxınlaşdı və nazirlərdən biri məni barmağı ilə hədələdi”.
 
Sonda qəzet kinayə ilə yazır ki, O.Mişel növbəti məzuniyyətini Ermənistanda keçirməsə, yaxşı olar.
 





26.11.2012    çap et  çap et