525.Az

Yasir Ərəfatın məzarı açılıb


 

Yasir Ərəfatın məzarı açılıb<b style="color:red"></b> Ramallahda (İordan çayının Qərb sahili) keçmiş Fələstin lideri Yasir Ərəfatın cəsədinin ekshümasiyasına başlanıb.

Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verib.

Telekanalın bildirdiyi kimi, tədqiqatlar üçün toxuma nümunələri götürüldükdən sonra Ərəfatın meyiti yenidən Fələstin rəhbərinin "Mukata" iqamətgahının ərazisindəki mavzoleydə basdırılacaq.
2004-cü il noyabrın 11-də Paris yaxınlığındakı hərbi hospitalda vəfat edən Yasir Ərəfatın ölümünün səbəblərinin rəsmi araşdırılmasına yayda Qətərin "Əl-Cəzirə" telekanalında onun şəxsi əşyalarında polonium-210 radioaktiv maddəsinin qalıqlarının aşkar edildiyinin elan olunmasından sonra başlanıb.
Jurnalistlərin xahişi ilə analizlər İsveçrənin Lozanna şəhərindəki Radiofizika İnstitutunun alimləri tərəfindən öyrənilir.
 
Hazırda onlar Fələstin hakimiyyətinin tapşırığı ilə tədqiqatları davam etdirirlər.
Fələstinlilər bir neçə dəfə Ərəfatın ölümündə İsrailin iştirakının mümkünlüyünü bildirsələr də, Təl-Əviv bu ittihamları rədd edib.
 





27.11.2012    çap et  çap et